27- İYUN DİN DAXİLİ QOŞUNLARININ SABUNCU RAYONUNDA YERLƏŞƏN HƏRBİ HİSSƏSİNİN YARANMASI GÜNÜDÜR

AVMVİB rəhbərliyi, Fədai.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin sədrinin müavini polkovnik Salman Musayev DİN-in DQBİ-nin Sabuncu rayonunda yerləşən hərbi hissəsinin yaranmasının 18-ci ildönümü münasibətiylə hərbi hissədə xidmət edən şəxsi heyəti, ehtiyatda olan zabitləri, gizirləri, muddətdən artıq xidmət edən hərbi qulluqcuları, cavus və əsgərləri, hörmətli veteranlarımızı səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı xoşbəxtlik, ailə səadəti, Azərbaycan Respublikasına xidmətdə və səxsi həyatda ugurlar arzulayır.

DİN-in DQBİ-nin Sabuncu rayonunda yerləşən hərbi hissəsi 27.06.2003-cü ildə yarandıgı gündən təqdirəlayiq xidmət yolu keçib, zəngin təcrübə toplayıb. Hərbi hissə, öz təyinatına uyğun olaraq, mühüm dövlət obyektlərinin mühafizəsi kimi xüsusi bir vəzifəni yerinə yetirir. Şəxsi heyət, həvalə olunan obyektlərin etibarlı mühafizəsini təmin edir, qarovul xidmətində öz sayıqlığı və nizam-intizamı ilə fərqlənir.

Hər il hərbi hissə öz yaranma gününü xidməti fəaliyyətdə yeni nailiyyətlərlə qarşılayır, zabit, gizir, çavuş və əsgərlər ildən-ilə öz peşəkarlıqlarını daha da artırır, qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində əzmkarlıq göstərirlər. Onlar Daxili Qoşunların sıralarında hərbi xidmətləri ilə fəxr edirlər.

Bu günlərdə Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin iştirakı ilə hərbi hissənin yenidən qurulmasından sonra açılış mərasimi keçirilib. Hərbi qulluqçular üçün müasir tələblərə cavab verən xidmət şəraiti yaradılıb. Bu, dövlətimizin şəxsi heyətə yüksək diqqət və qayğısının təzahürüdür.

Hərbi hissədə şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. Şərəfli hərbi ənənələrə ehtiram göstərilir.

44 gün davam edən və ordumuzun möhtəşəm qələbəsi ilə başa çatan Vətən müharibəsində xalqımızın igid oğullarının göstərdikləri qəhrəmanlıq nümunələri, hərbi hissənin şəxsi heyətinə də ruh yüksəkliyi aşılayır və vətənpərvərlik tərbiyəsində mühüm amilə çevrilir.

Hər il hərbi hissə öz yaranma gününü xidməti fəaliyyətdə yeni nailiyyətlərlə qarşılayır. Zabit, gizir, çavuş və əsgərlər ildən-ilə öz peşəkarlıqlarını daha da artırır, qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində əzmkarlıq göstərirlər. Onlar Daxili Qoşunların sıralarında hərbi xidmətləri ilə fəxr edirlər.

Ölkə prezidentinin müstəqil ordu quruculuğumuza böyük diqqət və qaygısı nəticəsində DİN- nin əsas sturuktur qurumlardan biri olan Daxili Qoşunlarin Bas İdarəsinin tərkibində, Sabuncu rayonunun Bakıxanov qəsəbəsində 27 iyun 2003-ci il tarixində yeni hərbi hissə yaradılmışdır. Həmin hissənin şəxsi heyətinin lazimi xidmət, məişət, sıra və doyüş hazırlıq səviyyəsinin yaxşılasdırılması məqsədilə idarəetmə qərargahı, əsgər kazarması, yeməkxana, tibb, qarovul məntəqələri hamam və camaşırxana, texniki və nəzarət buraxlıs məntəqələri, eləcə də digər xidmətlər ücün müvafiq anbarların yaradılmasında hərbi hissənin maddi texniki tədris bazası ilə yanaşı, digər lazımi avadanlıqlarla inventarlarla və təminat növü ilə təchiz edilməsində Daxili Qosunlar komandanlıgının gərgin və məhsuldar əməyi olmuşdur. Vətənpərvər, vicdanlı zabit heyətimiz sırasında Şahin Məmmədovun, Elşən Kazımovun, Məhəmməd Mirzəyevin, Fəxrəddin Səmədovun, Rəcəb Məmmədovun və Baş İdarənin bir sıra idarə, şöbə, xidmət rəisləri və onların müavinlərinin Ağakişi Adigözəlovun, Cəbrayıl Qurbanovun, Rəhim İsgəndərovun, Arif Məmmədovun, Etibar Ilyasovun, Vaqif Süleymanovun, Sadiq Xəlilovun, Razim Rzayevin, Qafqaz Həsənovun, Fuad Həbibovun, Əli Huseynovun və Rauf Əliyevin, hərbi hissənin Komandanlıgının və məhrum polkovnik Kərəm Əliyevin xususi rollarını qeyd etmək olar.

Daxili Qosunların Bas İdarəsinin Sabuncu rayonunda yerləşən hərbi hissəsi yaradılarkən, həmin hərbi hissənin ilk komandiri (müharibə veteranı, Azərbaycan Respublikasının «Vətən Ugrunda» medalı ilə, digər medallarla, döş nisanlarla və «Fəxri Fərmanlarla» mükaflandırılmış) ehtiyatda olan polkovnik Abdullayev Ramız Abdulla oğlu; hərbi hissə komandirinin 1-ci muavini — Qəraragah rəisi (bir sıra medalarla, Daxili İşlər Nazirliyinin və Daxili Qosunların » Əlacı » dös nişanı ilə, Fəxri Fərmanlarla mükaflandırılmış) polkovnik İsayev İlyas Şirzad oğlu, hərbi hissə komandirinin tərbiyə işləri üzrə muavini (bir necə medallarla təltif edilmis) ehtiyatda olan polkovnik- leytenant Budaqov Məftun Məmməd oglu və hərbi hissə komandirinin maddi texniki təminat xidmətləri üzrə muavin (2-ci qrup muharibə əlili , » Hərbi xidmətlərə görə medal ilə və digər medallarla, döş nisanları ilə və «Fəxri Fərmanlarla mukaflandırılmış) ehtiyatda olan polkovnik-leytenant Pənahov Ramiz Əliyar oğlu olublar.

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: