Mingəçevirli veteranlar Ordu gününü qeyd etdilər

Müharibə veteranları Mingəçevir şəhərində 26 İyun-Ordu Gününü Şəhidlər Xiyabanında şəhid məzarlarını ziyarət edərək qeyd ediblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mingəçevir şəhər şöbəsinin sədri, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Natiq Həsənov məlumat verib.

Müharibə veteranları Ordumuzun 103-cü ildönümünü şəhidlərimizin hüzurunda olmaqla, heç kimin unudulmadığını nümayiş etdiriblər.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov bildirdi ki, şəhər veteranlarının bir qismi Energetika sahədsində çalışırlar.

Ordu günüylə əlaqədar olaraq, energetika sahəsində çalışan müharibə iştirakçıları və şəhid ailələrinə «Azenerji» ASC sədri Baba Rzayevin təşəbbüsüylə pul mükafatı verilib. Bu addımı Dövlətin bir qayğısı kimi qəbul edən müharibə veteranları «Azenerji» ASC Rəhbərliyinə öz minnətdarlıqlarını bildirirlər.

«Ordum varsa, yurdum var!»

Türkay Xaqan

Bu xəbəri paylaşın: