Zəngilanlı veteranlar «Dəmir yumruq» abidəsinin açılışında iştirak ediblər

Zəfər Şəhidlərinin Xatirə Kompleksi, «Dəmir Yumruq» abidəsinin açılış mərasimi oldu.

Tədbirdə Beyləqan korpusunun komandiri, müavinləri, Briqada komandirləri, korpusun zabit və əsgərləri, kompleksin ərsəyə gəlməsində maddi və mənəvi dəstək olan Türkiyəli və Azərbaycanlı iş adamları, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsi sədri Azad Musayev, rayon şöbəsinin üzvləri və vətənpərvər mahnıların oranjiman bəstəçisi Faraim Sadiq iştirak etdi.

Tədbir Hətbi Orkestrin müşaidəsi altında Azərbaycan Dövlət Himninin oxunması ilə açıq elan edildi.

Tədbirdə çıxış edən korpus komandiri başda Ali Baş Komandan olmaqla Azərbaycan ordusunun şəxsi heyətini və Azərbaycan xalqını 44 günlük Vətən Müharibəsində qazandığımlz möhtəşəm qələbə və 26 iyun Silahlı qüvvələr günü münasibətilə təbrik etdi. Abidənin açılıçı oldu. Sonra Birlik Komandiri bir bir qonaqlara yaxınlaşaraq səmimi söhbıt etdi. Əsgər yeməkxanasında əsgərlərlə yemək yeyildikdən sonra bir qrup iş adamları abidənin tikintisində göstərdikləri maddi və mənıvi köməyə görə Birlik Komandiri tərəfindən Fəxri Fərmanla təltif olundular.

Mən də bu qələbə və Milli Ordunun yaranmasının 103 cü il dönümü münasibıtilə Azərbaycan xalqını və Silahlı Qüvvələrin bütün şəxsi heyətini təbrik edir, şəhidlərimizin ruhu qarşısında baş əyirəm.

Azad Musayev

AVMVİB Zəngilan rayon şöbəsinin sədri

Bu xəbəri paylaşın: