Erməni terror qruplaşması necə məhv edildi?

Birinci Qarabağ savaşında ermənilər dünyanın müxtəlif ölkələrindən muzdlu döyüşçüləri Qarabağ cəlb etmişdilər. Bu muzdlu döyüşçülər müxtəlif ölkələrdə hərbi təlim keçmiş peşəkar terroçu kimi yetişdirilmişdi. Müharibənin ilk illərində qərb ölkələri və Rusiya tərəfindən müasir silahlarla təhciz edilən terroçular Qarabağda üstünlük əldə etmişdilər. Erməni terror təşkilatının əsas kod adlarından biri də Karo Kahkejyan idi.

Bu peşəkar terroçu Qarabağda azərbaycanlılara qarşı çoxsaylı terror aktı həyata keçirtmişdi. Karo 1962-ci ildə Suriyanın Hələb şəhərində anadan olub. Uzun illər ABŞ-da yaşayıb. Ali təhsilini Almaniyada memar kimi alan bu erməni terroçusu burada “Gənc daşnaklar” təşkilatını qurur. 1978-ci ildə Frankfurt Mühəndislik Universitetinin Makina Mühəndisliyi Fakültəsini bitirir. Məhz Almaniyada olanda yivli silahların kustar üsulla düzəldilməsinə başlayır. ABŞ Ordusunda Yaşıl Beret Xüsusi Təyinatlı Qüvvələrində xidmət keçir. Erməni, ingilis, fransız, alman, ispan, türk, kürd və ərəb dillərini bilən terroçu Qarabağa özü ilə birlikdə 30 terroçu gətirir.

Karonun əsas vəzifəsi erməni diasporundan vəsait cəlb etmək idi.

Karo Kahkejyan öz dəstəsi ilə əsir alınan azərbaycanlıları toplu şəkildə qətlə yetirməklə məşğul idi…


Onun cinayətləri bitib-tükənmək bilmirdi. Karonun məhv edilməsi üçün Azərbaycan hərbiçiləri bir çox mühaüm əməliyyat həyata keçirdir. Sonda bu terroçunu tələyə salmaq mümkün olur. 9 nəfərlik Azərbaycan əsgəri Karonun olduğu 37 nəfərlik terroçu qrupu 24 iyun 1993-cü ildə tələyə sala bilir. Terroçu ermənilər 26 iyunda tamamilə məhv edilir. Erməni tərəfi onun böyük ordu tərəfindən məhv edildiyini yazsa da, reallıqda cəmi 9 əsgərimiz ermənilərin 37 nəfərlik peşəkar terroçusunu məhv etmişdi. Onun ölümü ilə ermənilər 3 gün matəm elan etdilər.

Qoşqar Salmanlı

Mənbə: Alp.az

Bu xəbəri paylaşın: