Vətən uğrunda gedən ağır döyüşlərin iştirakçısı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin ictimaiyyətlə əlaqələr üzrə müavini, müharibə əlili İslam Səfərovun 55 yaşı tamam olur.
Döyüş günlərində döyüşçü kimi 44 günlük Vətən müharibəsi günlərini ordumuzla bir yerdə keçirdi. Əmri öncə vicdanı, sonra isə nəvəsi komutan Asif Verdiyevdən almışdı: «Laçını almadan geri dönmə!»
Ad günlərində daim bir arzu yazardıq ki, növbəti ad gününü Qarabağda keçirəsiniz. Ötən il də belə yazmışdıq və bu arzu çin oldu. Qəhrəman əsgərimiz bu Tarixi Zəfəri xalqımıza yaşatdı. Arzudan arzu doğar. 56 yaşını Asif bəyin vətənində, o dağların qoynunda könül xoşluğu ilə qeyd etməyi Allah nəsib etsin.
Ömür payından iki «5» aldın. Həyat da sənə «5» yazılası günlər qismət eləsin.
Fedai.az öz adından bu video kadrları (müəllif Nurlan Məmmədlidir) ad gününə ərmağan edir.
Ad günü münasibətiylə AVMVİB Rəhbərliyi İslam bəyi təbrik edir, uzun ömür, can sağlığı və xoş günlər arzu edir.
100 yaşa, İslam bəy!
Bütün gözəlliklər sənin olsun!
AVMVİB Rəhbərliyi və Fedai.az kollektivi






