Daha bir Vətən müharibəsi fədaisi intihar etdi

Şirvanda 33 yaşlı döyüşçü intihar edib.


Şirvan şəhər sakini, 1988-ci il təvəllüdlü Cəlilov Emin Eldəniz oğlu özünü yaşadığı evin həyətindəki çardaqdan asıb.


Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.


Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Qeyd edək ki, E.Cəlilov Vətən müharibəsində könüllü iştirak edib. İyunun 24-də Qubadlı və Zəngilanın azad olunmasına görə medalları ilə təltif edilib.

Mənbə: Qafqazinfo

P.S. Biz dəfələrlə bu insanları taleyin ümüdünə buraxmağın pis nəticələrə gətirib çıxaracağını yazmışdıq. Bu savaşın «Azərbaycan sindromudur». Erməniyə qarşı savaşan əsgər daxildə bu savaşa görə ondan qisas alanlarla üzbəüz buraxılıb…

Bu xəbəri paylaşın: