Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) təşkilatçılığı ilə 27 iyun 2021-ci il tarixində Gəncə şəhəri, İmamzadə məkanında 1992-ci ildə, Qarakənd ətrafında gedən ağır döyüşlərdə şəhid olmuş Əliyev Xəlil Mirnovruz oğlunun Anım mərasimi keçirilib.
Tədbirdə şəhid Xəlil Əliyevin atası, əmiləri, xeyriyyəçi, AVMVİB-nin fəxri üzvü Hacı Rövşən Məmmədov, Gəncə şöbəsinin sədr müavini Eldar Verdiyev, Göy-göl rayon şöbəsinin sədri Həbib Hüseynov və icra hakimiyyətinin yerli nümayəndələri iştirak ediblər.
Bu barədə məlumatı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, ehtiyyatda olan polkovnik Elmar Hüseynov verib.
AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Elmar Hüseynov AVMVİB-nin sədri Füzuli Rzaquliyevin adından şəhidin atası Mirnovruz Əliyevə Birliyin Xatirə medalını təqdim edib.
Tədbir iştirakçıları şəhidin keçdiyi ömür və döyüş yolu haqqında öz xatirələrini danışdılar.
Allah şəhidlərimizə rəhmət eləsin!
Türkay Xaqan







