Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsinin üzvləri Sabirabad rayon İdman və Gənclər İdarəsinin təşkilatçılığı ilə şəhidlərimizin ad günlərində iştirak ediblər.
Keçirilən mərasimlərdə şəhidlərin yaxınları, müharibə veteranları və ictimaiyyət nümayəmdələri iştirak ediblər.

Bu barədə məlumatı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov verib.

Faiq Hüseynov bildirib ki, bu cür tədbirlər, artıq Sabirabad rayonunda ənənə halını alıb. Şəhidlərimiz öz doğum günlərində uyuduqları məzar başlarında ziyarət olunurlar. Tədbir iştirakçıları şəhidlərin keçdiyi ömür və döyüş yolu haqqında öz xatirələrini danışıblar.

AVMVİB Sabirabad rayon çşöbəsinin sədri bu cür tədbirlərin təşkil edilməsinə görə Sabirabad rayon İdman və Gənclər idarəsi rəhbərliyinə və əməkdaşlarına öz minnətdarlığını bildirdi.

Allah şəhidlərimizə rəhmət eləsin!
Nurlan Məmmədli










