AVMVİB rəhbərliyi, Fədai.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini, polkovnik Salman Musayev Əfqanıstan və Azərbaycan müharibə veteranı ehtiyatda olan polkovnik Vəliyev Rəsul Həmid oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib tükənməyən nailiyyətlər arzulayır. Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin.
Polkovnik Vəliyev Rəsul Həmid oğlu 05 iyul 1968-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonun İlməzli kəndində anadan olub. O, 1985-ci ildə İlməzli kənd orta məktəbini, 1986-cı ildə isə Tbilisi şəhərində Cavaxanaşvili adına Dövlət Universitetini (hüquq ixtisası üzrə) bitirib.
O, 1986-1988-ci illərdə SSRİ Müdafiə Nazirliyinin Vladikavkaz və Əfqanıstanda yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olub. 1990-1991-ci ilərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının Bakı şəhərinin Binəqədi, Xətai rayonlarında və Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrində baş sürücü, təlimatçı vəzifəsində olub.
Rəsul Vəliyev 1992-2015-ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının Baş idarəsinin Ağdam, Binəqədi, Nərimanov, Xətai, Qaradağ rayonlarında və Sumqayıt şəhərində yerləşən hərbi hissələrdə taqım komandiri, ərzaq və əşya xidmət rəisi, hərbi hissə komandirinin maddi texniki təminat xidmətləri üzrə müavini vəzifələrində xidmət edib. Polkovnik Rəsul Vəliyev peşəkarlığı, humanistliyi və səmərəliliyi ilə seçilən ən məhsuldar dövrünün 29 illik şərəfli xidməti yolunun iki ilini həqiqi hərbi xidmətdə, iyirmi yeddi ilini də Daxili Qoşunlarda keçirib.
Rəsul Vəliyev Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir. O, Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində hərbi hissə komandirinin maddi texniki təminat üzrə müavini vəzifəsində xidmət edərkən səmərəli fəaliyyəti ilə və təşkilatçılıq bacarığı ilə Daxili İşlər Nazirliyinin rəhbərliyinin və Daxili Qoşunlar komandanlığının daimi diqqət mərkəzində olmuşdur.
Polkovnik Rəsul Vəliyev Daxili Qoşunlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə, cinayətkarlığa qarşı mübarizəyə, ictimai asayişin qorunmasına, ictimai təhlükəsizliyin təmin edilməsinə, eləcə də 1991-1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinə məsuliyyətlə yanaşıb.
Rəsul Vəliyevin səmərəli və məqsədyönlü fəaliyyəti həmişə Daxili İşlər Nazirliyinin rəhbərliyi və Daxili Qoşunlar komandanlığı tərəfindən yüksək qiymətləndirildiyinə görə o, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Hərbi xidmətlərinə görə” medalına, Daxili İşlər nazirinin, Daxili Qoşunlar komandanının və xidmət etdiyi hərbi hissə komandirinin müvafiq əmrləri ilə bir sıra medallar, döş nişanları ilə, «Fəxri Fərmanla» və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
O, Əfqanıstanda müddətli həqiqi hərbi xidmətdə olduğu müddət bir neçə medallarla, «Fəxri Fərmanlarla» təltif edilib, yaşadığı ünvana və oxuduğu məktəbə isə təşəkkürnamələr göndərilib.
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin sədr müavini, polkovnik Salman Musayev