AVMVİB rəhbərliyi, Fədai.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranların İctimai Birliyinin sədr müavini, polkovnik Salman Musayev, Silahlı Qüvvələr və Müharibə Veteranı, ehtiyyatda olan mayor Axundov Vüsal Vaqif oğlunu, doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib-tükənməyən nəaliyyətlər arzulayır. Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin.
Ehtiyyatda olan mayor Axundov Vüsal Vaqif oğlu 10.07.1969- cu il tarixdə Əli Bayramlı (Şirvan) şəhərində anadan olub.(əslən Salyan rayonundandır). O 1986-cü ildə orta məktəbi , 1992-ci ildə isə Azərbaycan Texniki Unuversitetini bitirib.
V. Axundov 1992-1993-cı illərdə Əli Bayramlı şəhərində müxtəlif vəzifələrdə, 1993-cü ildən Azərbaycan DİN DQ-nın Hacıqabulda yerləşən hərbi hissəsində bölük komandirinin tərbiyə işləri üzrə müavini vəzifəsində xidmətə başlayıb.
Silahlı Qüvvələr və Müharibə Veteran V. Axundov 1993-cü ilin iyun ayından 2003-cü ilin may ayına kimi, Daxili Qoşunların Hacıqabul, Bakı şəhərində yerləşən hərbi hissələrdə bölük komandiri, tabor komandirinin müavini-Qərərgah rəisi, Hərbi hissə Qərargah rəisinin 1-ci müavini, Döyüş Hazırlığı rəisi, Daxili Qoşunların Ali Hərbi məktəbində bölmə rəisi vəzifələrində xidmət edib.
Mayor V.Axundov Türkiyədə Tabor Qərargah rəislərinin ixtisasartırma kursunda iştirak edib.
V. Axundov peşəkarlığı, humanistliyi və səmərəli liyi ilə seçilən ən məhsuldar dövrünün 27 illik şərəfli xidmət yolunun 12 ilini hərbi xidmətdə keçirmişdir.
Mayor Axundov Vüsal Vaqif oğlu Dövlətə, Xalqa sədaqətlə xidmət etmişdir. O, Daxili Qoşunların hərbi hissələrində xidmət edərkən bir çox komissiyaların tərkibində səmərəli fəaliyyəti ilə, işgüzarlıq və mənəvi keyfiyyəti ilə, təşkilatçılıq bacarığı ilə, nəzəri və praktiki biliyi ilə fərqlənmiş və Daxili Qoşunların Komandanlığının daim diqqət mərkəzində olmuşdur.
Axundov Vüsal Daxili Qoşunlara və xidmət etdiyi hərbi hissəyə həvalə etdilmiş vəzifələrin yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinə məsuliyyətlə yanaşıb.
Onun səmərəli və məqsədyönlü fəaliyyəti həmişə Daxili İşlər Nazirliyi və Daxili Qoşunların Komandanlığı tərəfindən yüksək qiymətləndirildiyinə görə Daxili İşlər Nazirinin və Daxili Qoşunlar Komandanının müvafiq əmirləri ilə, Xidmətdə fərqləndiyinə görə müvafiq medallarla və “Fəxri Fərmanla” mükafatlandırılıb. Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin və Azərbaycan
Respublikası müharibə Silahlı Qüvvələr veteranları təşkilatının təsis etdiyi medal və döş nişanları ilə təltif edilib. Hal- hazırda SOCAR — in “Azəriqaz” İB Salyan Regional Qaz İstismarı İdarəsində şöbə rəisi vəzifəsində çalışır.
Dərin hörmətlə,
Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin sədr müavini, polkovnik Salman Musayev