Şəhid Etibar Əliyevin anım günüdür

Düşmənin mənfur planlarının pozulmasını təmin edən döyüşlərin iştirakçısı, Tərtər rayonu Qapanlı kəndi istiqamətində gedən qanlı döyüşlər zamanı aldığı yaradan şəhid olan Etbar Əliyevin Anım günüdür.

Şəhid Etibar Əliyev təhsil aldığı İqtisad Universitetində əyani təhsilini yarımçıq qoyaraq Vətənin səsinə səs vermişdi. Xatırladaq ki, Etibar Allahverdi oğlu Əliyev 6 aprel 1975-ci ildə anadan olub. 1992 –ci ildə Orta məktəbi bitirib. Həmin il Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (İndiki Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olub. Lakin ermənilər Qarabağa hücum edir, Vətənin dar günləri idi. Etibar bu çətin vaxtda, Vətənin dar günündə ürəyi dözməyib, təhsilini yarımçıq qoyaraq, könüllü hərbi xidmətə yollanır. Əlində silah ön cəbhəyə yollanmışdı. Ata yurdu Çərəkdarın düşməndən azad edilməsinə öz töhfəsini verməyə can atırdı.



Şəhid olduqdan sonra təhsil aldığı qocaman 162 saylı məktəbə Nazirlər Kabinetinin qərarıyla Şəhid Etibar Əliyevin adı verilib. Onun döyüş younu əks etdirən stend və baralyefi vurulub.

Bu gün şəhid Etibar Əliyevin Anım günüdür! Başın sağ olsun, Vətən!

AVMVİB Rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər…

Məkanı cənnət olsun!

Bu xəbəri paylaşın: