TƏBRİK: ABBASOV MƏHƏMMƏD ƏHMƏD OĞLU- 49

AVMVİB rəhbərliyi, Fədai.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranların İctimai Birliyinin sədr muavini, polkovnik Salman Musayev, ehtiyatda olan polkovnik-leytenant Məhəmməd Abbasovu doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib tükənməyən naliyyətlər arzulayır. Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin. Amin!


Məhəmməd Əhməd oğlu Abbasov 11 iyul 1972-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Salioğlu- indiki Şişqala kəndində anadan olmuşdur. 1979-cu ildə Bolnisi rayonundakı Daşlıqullar kənd orta məktəbin 1-ci sinfinə getmiş, 1989-cu ildə həmin məktəbi bitirmişdir.


O, 1989-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunun Elektrotexnika fakultəsinə qəbul olmuş, 1994-cü ildə isə həmin fakültəni “mühəndis elektromexanika” ixtisası üzrə bitirib. Məhəmməd Əhməd oğlu Abbasova 1993-cü ildə ona Müdafiə nazirinin müvafiq əmriVilə ilk leytenant hərbi rütbəsi verilib.


Polkovnik-leytenant M.Abbasov 1996-cı ildən 2018-ci ilin sonunadək Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Mühəndis və Xüsusi rabitə xidmətlərində, Rabitə və AİS şöbəsində və Növbətçi xidmətində baş zabit vəzifəsində olub. 2018-ci ildə Daxili Qoşunların Baş idarəsinin növbətçi xidməti vəzifəsində silahlı qüvvələrə ehtiyata buraxılıb. Hal-hazırda polkovnik-leytenant Məhəmməd Abbasov 2019-cu ildən Avtolüks MMC-də 3-cü dərəcəli inspektor vəzifəsində işləyir.


O, peşəkarlığı və humanistliyi ilə seçilən ən məhsuldar dövrünün 22 illik şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsində hərbi xidmətdə keçirib.


Məhəmməd Abbasov Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir. O, Daxili Qoşunların Baş idarəsində xidmət edərkən, bir çox komissiyaların, kompleks və məqsədli qrupların üzvü olarkən səmərəli fəaliyəti ilə, işgüzarlığı və mənəvi keyfiyyəti ilə, təşkilatçılıq bacarığı ilə, nəzəri və praktiki biliyi ilə daima Daxili Qoşunlar Komandanlığının diqqət mərkəzində olmuşdur.


Polkovnik-leytenant M.Abbasov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin tələblərinə və vəzifə borcuna həmişə məsuliyyətlə yanaşmışdır.


M.Abbasovun səmərəli və məqsədyönlü fəaliyyəti həmişə Daxili İşlər Nazirliyinin rəhbərliyi və Daxili Qoşunlar komandanlığı tərəfindən yüksək qiymətləndirildiyinə görə o, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Hərbi xidmətlərinə görə” medalına layiq görülmüşdür, Daxili İşlər nazirinin və Daxili Qoşunlar komandanının müvafiq əmrləri ilə isə bir sıra medallar,
döş nişanları ilə, «Fəxri Fərmanla» və qiymətli hədiyyələrlə mükafatlandırılıb.


Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin sədr müavini, polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: