NAMƏLUM MÜHARİBƏ SİLSİLƏSİNDƏN: SEYİDLƏRİN DİVANI

Qacarların süqutu SSR-nin (Rusiyanın) İran siyasətində ikinci böyük müvəffəqiyyəti oldu. II Dünya müharibəsinin gedişində yaranmış şəraitdən istifadə edən SSRİ 1941-ci ilin avqustunda öz qoşunlarını yenidən İranın şimalına daxil etdi. 1946-ci ilin mayında ABŞ-ın təzyiqi altında ruslar bu ölkədən çıxmağa məcbur oldular. Elə həmin ildən İranda türk dilinə, türk milli şüuruna və ənənəvi şiəliyə qarşı mübarizə başlandı. Bu hərəkatın ideoloji bazası Pəhləvi rejiminin tərəfdarı olan azərbaycanlı alim Seyid Əhməd Kəsrəvi tərəfindən hələ 1930–1940-cı illərdə hazırlanmışdı.


1946-cı ilin martında nüfuzlu şiə ruhaniləri Seyid Bürucerdi ilə Seyid Sədrəddin Sədrin fətvası və “İslam Fədailəri Cəmiyyəti”nin rəhbəri Seyid Nəvvab Səfəvinin əmri ilə Seyid Həsən və Seyid Əli adlı döyüşçülər Seyid Əhməd Kəsrəvini və onun köməkçisi Seyid Məhəmməd Tağını məhkəmə zalında qətlə yetirdilər. Lakin bu qətl hadisələrin planlaşdırılmış gedişini dayandıra bilmədi. Seyid Əhməd Kəsrəvi öz missiyasını yerinə yetirmişdi. Az bir müddət sonra Pəhləvi rejimi Kəsrəviyə “ilham edilmiş” ideyaları həyata keçirməyə başladı.


1879-cu ildə İran kazak briqadasının yaradılması ilə başlanmış əməliyyat cəmi bir neçə gedişdən sonra bölgəyə “şah və mat”ın verilməsi ilə başa çatmalı idi. Lakin 1979-cu ildən sonra ortaya çıxmış müəyyən amillərə, o cümlədən coğrafi-siyasi şəraitdə yaranmış bəzi dəyişikliklərə görə bunu etmək mümkün olmadı.


Müəllif: Millikimlik Araşdırmaları qrupunun üzvü Araz Şəhrili

Bu xəbəri paylaşın: