Xalxalda su çatmazlığı bir dəfəlik həll olunacaq — Cənubi Azərbaycan (İran)

Ərdəbil Əyaləti ostandarının müavini Fərzad Qələndəri deyib: “Xalxal şəhərinə iri su-çatdırma tərhi istifadəyə verilməklə bu şəhərin müxtəlif yerlərində su kəsilməsi və gücünün azalması müşkülü bir dəfəlik qaldırılacaq və əhali sağlam sudan istifadə edə biləcək.”


Qələndəri, Tir ayının 17-i, Xalxala üç su-çatdırma tərhinə baxışı zamanı bu sözləri deyərək habelə bildirib: “Bəfacird səddinin salınması, suyun əsas təmini mənbəyi və səddən 11 kilometrlik su-çatdırma xəttinə şamil bu üç tərhin yüzdə 97 fiziki irəliləməsi olub. Tərhin icrasına BOT rəvişindən istifadə olunaraq 2 min 650 milyard rial vəsait ayrılıb.”


Xalxal Vilayətinin fərmandarı Firidun Babai də bu baxışda deyib: “qaynaqlarda suyun təminatı üçdə bir azalıb və saniyədə 170 litrdən saniyədə 100-110 litrə enib. Ona görə də şəhərin əhalisi 15 gün öncədən suyun kəsilməsi müşkülünə tuş gəliblər. Suayırma şirkəti və həmin səddən su çatdrıma xətlərinin tezliklə salınması gərəklidir” .(an.T live)

Bu xəbəri paylaşın: