Ermənistanın Baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan separatçı Arayik Arutyunyan ilə görüşüb. Bu görüş Ermənistandakı erkən parlament seçkiləri və Nikol Paşinyanın 7 iyul Rusiya Federasiyasına işgüzar səfərindən sonra ilk görüşüdür. Bu dəfə Qarabağa gələ bilməyən Paşinyan, Qarabağ separatçısını yanına çağırdı.
Bu barədə Ermənistan Hökumətinin Mətbuat Xidmtindən məlumat verilib.
«Artsax» sərsəmləməsindən əl çəkə bilməyən N. Paşinyan deyib: «44 günlük müharibədən sonra birlikdə Artsaxda normal həyatı bərpa etmək üçün ciddi səylər göstərdiyimizi də bildirməyi vacib hesab edirəm. Bu müddət ərzində yəqin ki, onlarla iş görüşməmiz olub, bəziləri işıqlandırılıb, digər hissəsi işıqlandırılmayıb. Düzü, əməkdaşlığımızın səviyyəsindən, indiyə qədər verilən qərarlardan çox məmnunam, bunları kifayət qədər effektli hesab edirəm».
Paşinyana cavab kimi çıxış edən üzdəniraq separatçı Arayik Arutyunyan deyib: «»Hayastan» adlı Ümumerməni Fondunun topladığı vəsait artıq mənzil tikintisi və infrastrukturun inkişafına sərf olunur. «Artsax» bu gün böyük bir inşaat sahəsidir. Proqramlar, ilk növbədə, əsas vəzifəmiz olan mənzil tikintisi davam etdirilməlidir. Bu gün «Artsax»da mənzil problemi o qədər kəskindir ki, gündə bir mənzilin inşası belə yetərli olmayacaq. Planlarımızı həyata keçirmək üçün gündə ən azı 4-5 mənzil tikməliyik. Bu proqramı bütün dünyadakı ermənilərə təqdim etmək istəyirik ki, hər bir erməni yaxın illərdə mənzil proqramlarında iştirak etsin.
Ancaq əlbəttə ki, «Artsax»dakı ən vacib məsələ təhlükəsizlik və status məsələsidir. Xoşbəxtlikdən, status məsələsi müharibədən əvvəl olduğu kimi, ATƏT-in Minsk qrupunun gündəliyində dəyişməyib. Bu məsələni gündəmdə saxlamağa çalışmalıyıq. Bütün açıqlamalarınız, «Artsax»ın müstəqillik yolunun müzakirə edilə bilməyəcəyinə dair ifadələrimiz mübarizəmizi davam etdirməliyik.
Təhlükəsizliyə gəlincə, sizi əmin etmək istəyirəm ki, «Müdafiə Ordusu» və sülhməramlı qüvvələr birlikdə vəziyyətə nəzarət edirlər.
Coğrafiya həqiqətən çətindir, amma xoşbəxtlikdən böyük problemlər yoxdur. Məhsul yığımı bu gün davam edir, problem və maneə yoxdur. İndiki təmas xətti boyunca infrastrukturun bərpası işləri aparılır.
Birlikdə müzakirə etməli olduğumuz layihələr var. İtirdiklərimizi bərpa etməklə məşğuldurlar və bu, çox zəhmət tələb edir.
Hörmətli Baş nazir, bir daha çox çətin bir dövrdə üzərinizə götürdüyünüz böyük məsuliyyəti şərəflə yerinə yetirməyinizdə sizə uğurlar arzulayıram».
Görüşdə diqqət çəkən məqam üzdəniraq Arayikin dediyi: «Müdafiə Ordusu» və sülhməramlı qüvvələr birlikdə vəziyyətə nəzarət edirlər» sözləridir. Deməli rus işğalçı gücləri bölgədə razılaşmanın 4-cü bəndinin həyata keçirmək əvəzinə, Ermənistana məxsus qeyri-qanuni hərbiləşmiş terrorçu dəstələri bəsləməklə və birgə fəaliyyət göstərməklə məşğul olması baş terrorçunun diliylə bir daha təsdiqlənir. Biz bu qeyri-qanuni güclərin Qarabağdan çıxarılması üçün Rusiyaya vaxt verməliyik. Əks halda qazandığımız zəfərin miqyası daxili və xarici düşmənlərin sayəsində heçə endiriləcəkdir.
Qondarma «Artsax müdafiə ordusu» adı altında yaradılmış 40 minlik qanunsuz köpək sürüsü bir rus faşist planı olmasını tezliklə faktlarla diqqətinizə çatdıracağıq. Vaxt varkən ruslar öz köpəklərini ölkəmizdən çıxarmalı, ya da rədd olub özləri getməlidirlər.
Ən yaxşısı «İvan idi domoy!»
Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri