BVF-yə görə, 2019-cu ildə, koronavirus epidemiyasından əvvəl, Ukraynada adambaşına ÜDM-nin səviyyəsi 4000 dollardan az idi. Bu, Albaniya Respublikası, Moldova Respublikası və tanınmamış Kosovodan daha aşağıdır ”deyə Rusiya prezidenti Putin bildirib.
Putin qeyd edib ki, bunun günahkarı insanlar deyil, ölkə rəhbərliyi, “israf edənlər, bir çoxlarının qazandıqlarını havaya buraxanlardılar”. Dövlət başçısı onu da vurğuladı ki, indi bir vaxtlar öz sənayesindən qürur duyan Ukrayna ciddi bir böhranla üz-üzədir. Bunu xüsusilə, elektrik enerjisi istehsalının otuz ildə təxminən iki dəfə azalması sübut edir.
Eyni zamanda, SSRİ-nin dağılmasından sonra Moskva müstəqil Ukraynanı dəstəkləməyə çalışdı. Prezident, Rus qazının aşağı qiymətlərlə satışından Kiyevin 2013-cü ilə qədər qazandığı vəsaitin 80 milyard dolları keçdiyini vurğuladı.
Putin iyunun 30-da birbaşa tele-xətt zamanı Rusiya-Ukrayna münasibətlərinə dair bir məqalə dərc etmək niyyətində olduğunu bildirmişdi. Prezidentin məqaləsi Ukrayna dilində də yayımlandı.
“Sovetlərin milli siyasəti, böyük rus milləti əvəzinə, velikoruslardan, maloruslardan və belaruslardan ibarət üçlü xalq yaratdı. Bu üç ayrı Slavyan xalqı haqqında hökmü dövlət səviyyəsində təmin etdilər: Rus, Ukrayna və Belarus,”- deyə dövlət başçısı xatırladıb.
Putin, müasir Ukrayna dövlətinin böyük ölçüdə tarixi Rusiya hesabına yaradılan «Sovet dövrünün əməyi» olduğunu qeyd edib.
Eyni zamanda Putin məqaləsinin bəzi gizli sənədlərə deyil, təsdiqi açıq mənbələrdə tapıla bilən faktlara əsaslandığını vurğulayıb.
«Müasir Ukrayna liderləri və xarici havadarları bu həqiqətləri xatırlamamağa üstünlük verirlər» deyə prezident bilıdirib.
Onun sözlərinə görə, rəsmi Kiyevin Rusiyaya qarşı aqressiv və sərt şəkildə assimilyasiya yoluyla etnik cəhətdən təmiz bir Ukrayna dövlətinin formalaşması istiqamətindəki «gedişatı bizə qarşı kütləvi qırğın silahlarının istifadəsi ilə müqayisə oluna bilər».
Ruslarla ukraynalılar arasında belə xam, süni bir uçurum nəticəsində, ümumi rus xalqı yüz minlərlə, hətta milyonlarla azala bilər.
Vladimir Putin, Rusiyanın heç vaxt tarixi ərazilərinin və orada yaşayan «bizə yaxın» insanların özlərinə qarşı istifadə edilməsinə icazə verməyəcəyini bəyan edib: «Və buna cəhd edənlər, bu şəkildə öz ölkələrini məhv edəcəklərini söyləmək istəyirəm.»
