ATƏT-in Minsk Qrupu həmsədr dövlətlərinin mövqeyi Azərbaycanda ictimai etiraza səbəb olub.
Özü də hər üç həmsədr ölkədə separatçı rejimin nümayəndəlikləri hələ də fəaliyyət göstərir.
Moskvada, Vaşinqton və Parisdə separatçılara münasibət hələ də dəyişməyib.
Ona görə də xalqın bu ölkələrə qarşı narazılığı Şuşa səfəriylə bağlı pik həddə çatıb. Bunu nəzərə alan ABŞ-ın Azərbaycandakı səfirliyi öz mövqeyini ifadə edən açıqlama yayıb: “Səfirin iş qrafiki və ya müəyyən tədbirlərdə iştirak edə bilməməsinin səbəbləri ilə bağlı detalları şərh etmirik.
Qeyd etmək istərdik ki, cümə günü Bakıda Füzuli və Şuşaya gedə bilməyən bir sıra diplomatik nümayəndəliklərin üzvləri var idi. ABŞ 2014-cü ildə Rusiyaya qarşı Ukrayna ərazilərinin işğalı, zərərli kiber fəaliyyətlər və terrorla mübarizə əməliyyatları, insan alveri, silah yayılması və digər zərərli fəaliyyətlərə görə sanksiyalar tətbiq etdi.
ABŞ Rusiya ilə qarşıdurma axtarmır. Rusiyanın daha sabit və proqnozlaşdırılan ikitərəfli münasibətlər qurmağımızı təmin edəcək qaydalara əsaslanan beynəlxalq öhdəlik modelinə qayıdacağı günü səbrsizliklə gözləyirik. ABŞ sanksiyalar, silahların azaldılması və iqlim dəyişikliyi kimi qarşılıqlı və qlobal maraq kəsb edən məsələlərdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun həmsədri olaraq Rusiya ilə əməkdaşlığı istisna etmir. Səfirimizin cədvəlinin təfərrüatlarını şərh etmirik. Digər səfirliklərlə bağlı ətraflı məlumat üçün Fransa və Rusiya səfirləri ilə əlaqə saxlamağınızı tövsiyə edirik”.
Lakin Qarabağda törədilmiş hərbi cinayətlərdə birbaşa iştirak etmiş Rusiya və Fransanın bu günkü hərəkətləri qınanmalıdır. Qarabağa ilk terrorçu legionu göndərən Fransa və bütün terrorçuları silahla, canlı qüvvə ilə təmin edən Rusiya haqqında beynəlxalq qurumlara müraciətlər etməliyik. Bu gün «sülhməramlı» adıyla yollarımızı və 3 rayonumuzu işğalda saxlayan Rusiya ölkəmizdən qovulmalıdır.
Elnur Səlim


