125 məzuna qızıl, 67 məzuna gümüş nişan verilib — Təhsil

Təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin 2020-2021-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb.

Əmrə əsasən, ötən tədris ilinin XI sinif məzunlarından 125 nəfər qızıl, 67 nəfər isə gümüş nişanla təltif olunub.

Qaydalara əsasən, ümumi təhsil pilləsini xüsusi nailiyyətlərlə başa vuran məzunlar qızıl və ya gümüş nişanla təltif olunurlar.

Saytımızın ən yaxın yazarı, AVMVİB-nin fəxri üzvü, yazıçı — jurnalist, şəhid atası Allahverdi Gündoğdunun nəvəsi Kənan Qurbanlı qızıl nişanla mükafatlandırılanlar sırasındadır. Bu il ADA-ya qəbul olunub. Xatırladaq ki, Allahverdi bəyin digər nəvəsi Gülnar Qurbanlı da ötən ilin qızıl medalçısıdır və hazırda Türkiyənin Koç Universitetinin tələbəsidir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi adından baba Allahverdi bəyi, nənə Sevinc xanımı və valideynlər — Nəcəf bəylə Könül xanımı ürəkdən təbrik edir və gənclərimizin yolları açıq olsun deyirik!

Bu xəbəri paylaşın:
  • 128
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •