Artıq bir həftədir ki, 44 günlük müharıbə dövründə ermənilərin «KAŞATAĞ» adlandırdıqları bölgədən qaçaraq İrəvanda müvəqqəti sığınacaq tapmış çoxsaylı ermənilər hökumət evi qarşısında etiraz aksiyası keçirərək hökumətdən daimi yaşayış yerləri tələb edirlər.
Aydınlıq üçün bildirim ki, 1992-1993-cü illərdə mərkəzi LAÇIN olmaqla, Qubadlı, Zəngilan və Cəbrayıl rayonunun qərb hissəsindən ibarət birləşmiş əraziləri ermənilər özbaşına olaraq «KAŞATAĞ» adlandırmışdılar və bu ərazilərdə yerləşən 120 kənddə ancaq Ermənistandan ailələri ilə birlikdə gəlmiş 10 minə qədər erməni yerləşdirilmişdilər.
Maraqlıdır ki, onlar keçmiş Ermənistan vətəndaşı olaraq: «Bir dəfə aldandıq, bəsdir!»- deyərək qorxudan geri qayıtmaq da istəmirlər.
Nümayişçilər sadəcə olaraq, kənd təsərrüfatı ilə məşğul olmaları üçün İRƏVAN ətrafında onlara torpaq sahələrinin verilməsini və ev tikmələri üçün konpensasiya ilə təmin olunmalarını tələb edirlər.
İSMAYIL TANRIVERDİ
