Vaşinqton, 16 iyul. / TASS /. ABŞ və Almaniya Ukraynanın suverenliyini qoruyacaq və transatlantik istəklərini dəstəkləyəcəklər.
Bunu cümə axşamı ABŞ Prezidenti Co Bayden, Ağ Evdə Almaniya Baş naziri Angela Merkel ilə danışıqlardan sonra açıqladı.
“Qərbi Balkan ölkələrinin Avropa qurumlarına daha da inteqrasiya olunmasının vacibliyi barədə razılığa gəldik və Ukraynanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyimizi, eləcə də islahatların davam etdirilməsinin, transatlantik istəklərini dəstəklənməsinin vacibliyini qəbul etdik”-deyib.
«Şərq cinahını, NATO müttəfiqlərini Rusiyanın təcavüzündən qorumaq üçün birlikdə fəaliyyət göstərməyə davam edəcəyik» — deyə Bayden fikrini tamamlayıb.
Görüş maraqlı bir dialoqla yadda qalıb. Almaniya kansleri Angela Merkel Ağ Evdə Co Baydenlə görüşdə Əfqanıstanda məğlubiyyəti qəbul etməyən ABŞ-lı rəsmilərə “bacara bilmədik” mesajını verərək deyib:
“Uzun illər boyu Əfqanıstanda birgə işlədik, bəlli bir həddə qədər terror təhlükəsini nəzarət altına ala bildiniz. Ancaq təəssüf ki, görünməsini istədiyimiz kimi millət formalaşdıra bilmədik. Yenə də yaxşı bir əməkdaşlıq idi”,-deyə ABŞ-ın məğlubiyyətinə işarə edib.
