Ermənistan yezidi kürdlərindən və PKK-lılardan necə yararlanır?- TƏKRAR

Yazı 28.06. 2017-ci ildə yayınlanıb…

Ermənistanın tarixən dövlətçilik ənənəsi olmadığına görə superetnos kimi qeyri millətlərlə birgə yaşayış kimi ənənələri yoxdur.

Regionda monoetnik tərkibə malik tək ölkədir. Burada sayca çoxluq təşkil edən yezidi kürdləri faktiki olaraq ikinci sort əhali sayılır.

Onların problemlərinə və doğal haqlarına məhdudiyyətlər qoyulub. Bunu Ermənistan hökumətinin BMT üçün hazırladığı hesabata alternativ hesabat hazırlayan «Momerial» Antidiskriminasiya Mərkəzi və Vətəndaş Cəmiyyəti İnistitutu da Ermənistanda etnik azlıqların hüquqlarının pozulmasını qeyd eləyib. Hesabatda Ermənistanda «Antidiskriminasiya qanunun» olmaması qeyd olunub.

«Momerial» AM nümayəndəsi Stefaniya Kulayeva Rusiya mətbuatına verdiyi bir açıqlamada alternativ hesabatı 27 apreldə BMT-nin 92-ci sessiyasına təqdim etdiklərini bildirib. O, bu ölkənin monoetnik ölkə olmasını və əhalinin 98,2% -nin ermənilər, 1,8 %-nin isə əcəmi kürdlər, yezidi kürdlər, aysorlar və boşlar olduğunun hesabatda əks olunduğunu deyib. Ermənistanda etnik azlıqların ayrı-seçkilik şəraitində yaşaması faktdır. 2011-ciil Siyahıyaalmasına görə ölkədə yaşayan etnik azlıqlar ilbəil azalmaqdadır. Statistikaya görə:

Yezidi kürdlər — 35.308 nəfər
Müsəlman kürdlər — 2162 nəfər
Ruslar -11.191 nəfər
Aysorlar — 2769 nəfər təşkil edir.

1989-cu il Siyahıya alınmasında yezidi kürdlərin sayı 51.976 nəfər olub. Milli azlıqara basqıya görə bu say ilbəil azalmaqdadır. Əslində erməni xüsusi xidmət orqanları bu toplumlardan Azərbaycan və Türkiyə əleyhinə, həm istibarat, həm də terror və təxribat üçün daim istifadə edir. Çünki hər iki ölkədə kürd xalqına mənsub fərdlərə qarşı heç bir ayrı-seçkilik yoxdur. Ötən il 2 avqustda Türkiyədə yezidi kürdü olan Erməni terrorçusu Artyom Aloyan ələ keçirildi. Onun Fransaya mühacirət etdiyi və vətəndaşlıq alması, Ən Nüsra terror təşkilatına qoşulduğu müəyyən edildi. Əslində Qarabağa göndərilən ilk terrorçu dəstəni də legion adı altında sabiq Fransa prezidentinin xanımı Daniella Mitteran yola salmışdı.Ermənistandan Türkiyəyə keçidin şübhəli olduğu bəlli olduğuna görə Parisdən yoa salınması faktı ortadadır. Digər bir tərəfdən PKK və ASALA arasında bağlanmış saziş mövcuddur. Sazişə görə PKK ASALA-nın bir qolu hesab olunur. Bu faktı İraq Kürd Muxtariyyətinin başçısı olan M. Bərzani öz çıxışında söyləyib. Hər iki terror təşkilatı KQB-nin bir çox sifarişlərini həyata keçirib və PKK KQB-nin mətbəxində hazırlanmış bir senari olduğunu hər kəs yaxşı bilir. Bu əlqələrin kökü əsrin əvvəllərinə gedir. Osmanlının yıxılmasını duyan ermənilər satılıq mal kimi ortaya çıxdılar. Avropada aylarla «satılmaq» üçün bazar gəzən erməni Boğos Nübar Paşanın yanında kürd Şərif paşa da vardı. Bu xainlər Paris Sülh Konfrasında onlara nimçədə «dövlət» veriləcəyini gözləyirdilər. Lakin Ərəbistana Laurensi göndərən ingilislərin, bölgəyə göndərdikləri minbaşı Edvard Noeli elə kürd xalqı qovdu. Yəni erməniyə qardaşlıq edənlər yalnız onlar kimi xainlər ola bilər.

Azərbaycandan onlara əlaltılıq etmiş Vəkil Mustafayevi Azərbaycanda yaşayan azsaylı kürd xalqı lənətlə anır. Bu yolda erməni toruna düşənlər bilməlidirlər ki, 1988-ci ildə müsəlman kürdə heç bir fəq qoymadan yaşadıqları ərazilərdən qovan Ermənistan və onlara qucaq açan isə Azərbaycandır. Öz qaçqınları yetərincə olduğu halda kürdlərə, mesheti türklərinə, məhz Azərbaycan sahib çıxdı. Bu gün anti Azərbaycan bəyanatlar verən Ermənistan yezidi kürdlərinin lideri Aziz Tamoyan bilirmi ki, dar günlərində onun İraqdakı soydaşlarına yardım edən Abdulbori Gözəl bir Azərbaycan holdinqi olan «Azərsun»un prezidentidir. Azərbaycan əleyhinə bəyanat verərən A.Tamoyanın bəyanatı Ermənistanın bölgəyə gətirdiyi PKK yaraqlılarını pərdələmək niyyəti daşıyır. O,deyib: «Erməni və kürd xalqları qardaşdırlar, onları tarixi tellər bağlayır». A.Tamoyan kürdlərin Ermənistan uğrunda döyüşlərdə hər zaman iştirak etməyə hazır olduğunu bildirib. Vətəndaş kimi bu yezidi kürdlərin təməl haqlarıdır, lakin Ermənistanın işğalçılıq siyasətinə alət olmaq heç də vətəndaşlıq haqqı deyil. Bizim kürd vətəndaşları işğalçı güclərə qarşı döyüşlərdə iştirak etmişlər və ölkənin ən yüksək təltifinə layiq olanlar da var…

.A.Tamoyan deyib:» Qarabağ müharibəsində 500 nəfər yezidi kürdü döyüşüb. Apreldə 4 günlük savaş zamanı 5 nəfər həlak olub. Müharibədə isə 36 nəfər ölüb» (Ermeni Haber Ajansı, 14 iyun 2017-ci il)». Amma bu gün İrəvanda Qarabağda döyüşənlər arasında da fərq qoyulur. Aprel döyüşlərində partlayışdan Xocavənddə yaralanıb iflic olmuş Gümrüdən olan Artur Asanyanın anası Aslı Asanyan oğlunun müalicə olunmamasına görə aclıq aksiyası keçirir. O bura gələ bilmək üçün qonşulardan borc aldığını KİV nümayəndələrinə deyib. Ermənistan MN onun oğlunun aprel döyüşündə iştirak etdiyini təkzib edərək orduya yarasız olduğu üçün tərxis edildiyi barədə arayış verib.

Başqa bir faktda isə öldürülmüş (2006-cı il) 8 uşaq atası, 42 yaşlı Kərəm Avdalyanın anası Gülzar Avdalyan şikayətlərinə baxılmamasına etiraz edərək öz üstünə və 3 nəvəsinin üstünə benzin tökərək yandırmışdı. son anda polislər alovu söndürərək onları xəstəxanaya yerləşdirmişdilər. Minlərlə fakt, ermənidən kürdə qardaş olmadığını söyləsə də, hiyləgər erməni toruna düşənlər içimizdə də var. Azərbaycanda isə kürdlərə qarşı heç bir diskriminasiya siyasəti yürüdülmür. Hətta Gürcütan kürdləri belə bizim ölkəmizdə maneə olmadan iş qurur. Ermənistan , məhz bu faktdan istifadə edərək öz kimliklərinə kürd yazdıraraq ölkəmizə asanlıqla daxil olurlar. Bu işdə onlara erməni əsillilərin kömək etməsi barədə söyləntilər var.Digər yandan isə , azsaylı kürd toplumu Ermənistana monoetnik neonasizmini pərdələmək üçün lazımdır.

YEZİDİ KÜRDLƏRİ Azərbaycana qarşı döyüşüblər

Ermənilər bizim xalqlardan fərqli olaraq bir tarixi heç unutmayıblar. Paskeviç erməni köçürmələrini kürd və bədəvi köçüylə əvzləməyi təklif edən daha ucuz və sərfəli bir variant barədə çara məktub yollayır. İlk köçlər təşkil olunur. Çünki erməni köçkünlərinə torpaqla yanaşı köçürmə pulu və əlavə pullar ödənilməsi nəzərdə tutulurdu. Lakin nəzərdə tutulan etnik tayfalar Gilan ətrafı və Urmiya yaxınlığındakı ərazilərdə köçəri həyat keçirən tayfalar idi. Çuxursəddən başlanan bir vadi boyunca Xəzər dənizinədək yeni etnik sərhəd düzənlənməsi nəzərdə tutulmuşdu. Rusiya ənənəvi olaraq öz sərhədlərini etnik millətlərin yerləşməsiylə müəyyən edirdi və bu gün qoyduğumuz xəritədə Rusiyanın rusluğu sərhəddən başqa bir şey olmadığını görər və anlayarsınız…

Məkrli bir düşmənlə üz-üzəyik. Hər an ölkəmizə qarşı ən çirkin planları işlətmək üçün torlar qurur və ciddi dezinformasiyalar yaymağa çalışırlar. Bu gün rus dilinin zəifləməsi səbəbindən bu işi Türkiyədən və türk dilində etməyə çalışırlar. Bəzi saytlarımız bu dezinformasiyanı göydə qapıb xalqa sırıyırlar. Son günlərin bir dezinformasiyasını yayanlar və internet şəbəkələrində ruporların iş prinsiləri barədə araşdırmamızı təqdim edəcəyik.

Bir şeyi unutmamalıyıq. Bu məmləkət bizimdir və hamımıza Anamız qədər əzizdir. Övladın türk,talış, ləzgi, kürd, tat və s. olmasının bir fərqi yoxdur. Yetər ki, övlad xain və dönük olmasın. Bu Vətənin nəvazişi hamımıza yetər…

Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri

P.S. 44 günlük Vətən müharibəsində də yezidi kürdləri Azərbaycana qarşı döyüşlərdə fəal iştirak ediblər və qəhrəman əsgərimizin qarşısında geriyə leş olub qayıdıblar…

Fotoları saytımızın könüllülərindən olan Əli Nəsib Zərdabi təqdim edib.

Bu xəbəri paylaşın: