Hərbçiləri daşıyan yük avtomobili qəzaya uğrayıb

Göygöl rayonu, Aşıqlı kənd ərazisindən keçən hissədə Daxili Qoşunların hərbçilərini daşıyan yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

«Report”un Qərb bürosunun məlumatına görə, nəticədə 10-dan çox hərbçi xəsarət alıb .

Onlardan bir neçəsinin xəsarəti ciddidir.

Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Bu xəbəri paylaşın: