Qazi Ruslan Şıxıyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlə təmin edilib

İyulun 14-də Prezident İlham Əliyevin iştirak etdiyi tədbirdə təsirli çıxışı ilə yadda qalan müharibə əlili Ruslan Şıxıyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlə təmin edilib.

O, Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyində nəzarətçi vəzifəsinə işə qəbul edilib. Ruslan növbəti iş həftəsindən yeni kollektivdə fəaliyyətə başlayacaq. 

Qeyd edək ki, Ruslan Vaqif oğlu Şıxıyev Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralanıb. 

Prezident İlham Əliyevin Sərəncamları ilə «Suqovuşanın azadlığı uğrunda” və «Cəsur döyüşçü” medalları ilə təltif edilib. İyunun 14-də isə dövlət başçısı tərəfindən ona Xocasən yaşayış kompleksindən 3 otaqlı mənzilin sənədləri təqdim edilib. 

Prezidentin həmin görüşdə qazilər və şəhid ailələri ilə söhbətini sizlərə təqdim edirik:

İyulun 14-də Prezident İlham Əliyevin iştirak etdiyi tədbirdə təsirli çıxışı ilə yadda qalan müharibə əlili Ruslan Şıxıyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlə təmin edilib.

Sfera.az xəbər verir ki, o, Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyində nəzarətçi vəzifəsinə işə qəbul edilib. Ruslan növbəti iş həftəsindən yeni kollektivdə fəaliyyətə başlayacaq. 

Qeyd edək ki, Ruslan Vaqif oğlu Şıxıyev Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralanıb. 

Prezident İlham Əliyevin Sərəncamları ilə «Suqovuşanın azadlığı uğrunda” və «Cəsur döyüşçü” medalları ilə təltif edilib. İyunun 14-də isə dövlət başçısı tərəfindən ona Xocasən yaşayış kompleksindən 3 otaqlı mənzilin sənədləri təqdim edilib. 

Vətən müharibəsi qazisi Qurbanəli İslamov: Cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, mən möhtəşəm Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin qazisiyəm. İlk növbədə, bildirmək istəyirəm ki, mən ulu öndərimiz Heydər Əliyevin yaratdığı, Azərbaycanda milli zabitlər ordusunun formalaşmasının təməli hesab olunan Cəmşid Naxçıvanski adına hərbi liseyin yetirməsiyəm. Sizin komandanlığınız altında uğurlu hərbi əməliyyatlarda iştirak edərək babalarımızdan bizə miras qalmış doğma torpaqlarımızın yağı düşmənin işğalından azad edilməsinə, bu tarixi qələbəmizə töhfə verdiyim üçün sonsuz iftixar hissi keçirirəm. Sizin də dəfələrlə qeyd etdiyiniz kimi, bizim tarixi qələbəmiz qürur mənbəyimizdir. Azərbaycan tarixində belə parlaq qələbə olmayıb. Azərbaycan xalqı bundan sonra əsrlərboyu bu tarixi qələbəni öz qəlbində yaşadacaq, daim qürur hissi keçirəcək.

Cənab Ali Baş Komandanımız, xalqımızın bu müqəddəs, böyük arzusunu reallığa çevirən dövlət başçısı kimi, Sizin şəhid ailələrinə, qazilərə göstərdiyiniz yüksək diqqət və qayğının da şahidi oluruq. Bugünkü tədbir də bunu təsdiq edir. Mən müharibə əlili kimi, Sizin hədiyyəniz olaraq Ramanı qəsəbəsində yeni mənzillə təmin olunmuşam. Həmçinin Sizin sərəncamlarınızla 5 medalla təltif edilmişəm, müasir tipli protezlə təmin olunmuşam. Bu gün isə mənə minik avtomobili verilib.

Cənab Ali Baş Komandan, Sizin Sərəncamınıza əsasən icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri yaradılıb. Mən də Suraxanı Rayon İcra Hakimiyyətində həmin şöbədə işlə təmin olunmuşam. Şəhid ailələrinə, biz qazilərə göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə təşəkkürümüzü bildiririk. Azərbaycan Respublikasının daim müstəqil olması üçün Sizin əmrinizə hazırıq. Sağ olun əziz Prezident. Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun. Təşəkkür edirəm.

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra dövlətimizin başçısı qazilərlə söhbət etdi.

Prezident İlham Əliyev: Səndə də protezdir?

Qazi: Bəli:

Prezident İlham Əliyev: Harada yaralanmısan?

Qazi: Talış kəndi uğrunda gedən döyüşlərdə. Mühəndis istehkam bölüyündə xidmət edirdim.

Prezident İlham Əliyev: İndi özünü necə hiss edirsən? Normal həyata qayıtdın?

Qazi: Bəli, normal həyata qayıtmışam.

Digər qazi: Füzuli uğrunda döyüşlərdə, Qaraxanbəylidə, Aran deyilən istiqamətdə yaralanmışam. Özüm də zabit olmuşam.

Prezident İlham Əliyev: Füzulidə çox şiddətli döyüşlər gedirdi.

Qazi: Bəli. Sentyabrın 27-si günü.

Prezident İlham Əliyev: Sağ ol.

Qazilər: Sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Sən harada vuruşmusan?

Qazi: Suqovuşanın azad olunmasında, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində.

Prezident İlham Əliyev: Suqovuşanda.

Qazi: Mən sizə minnətdaram, cənab Prezident. Allah Sizə cansağlığı versin, Ulu Öndərimizin vəsiyyətinə əməl etdiniz.

Prezident İlham Əliyev: Bəli, elədir.

Qazi: Mən həmişə demişəm, Şuşada biz ermənilərin əlini qaldırdığını görəndə, bilirdim ki, biz orada əsl Azərbaycan oğlunun əlini qaldıracağıq. Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Elə də oldu. Bizim igidlərimiz Şuşanı əliyalın götürdülər. Ermənilər görəndə ki, biz artıq Şuşaya yaxınlaşmışıq, panikaya düşdülər. Biz bilirdik ki, onlar nə fikirdədirlər. İnana bilmirdilər. Bir-birinə xəbər ötürürdülər, bir-birinin xəbərlərini yalanlayırdılar ki, ola bilməz. Necə keçdilər? İndi Zəfər yolunu biz çəkmişik. Demək olar ki, indi bir-iki aya asfalt da döşənəcək.

Qazi: İnşallah.

Prezident İlham Əliyev: Mən adını da Zəfər yolu qoydum. Çünki əvvəllər ona xidməti yol demək istəyirdilər, çünki əsas böyük yol trasdan keçəcəkdi. Dedim, bu, Zəfər yoludur, çünki biz bu yoldan keçərək Şuşanı azad etdik. İndi oraya gedən, o yolla gedən hər kəs məəttəl qalır ki, necə oradan keçmək olar? Keçmək, özü də silahla, pulemyotla, bütün geyimlə keçmək. Özü də bir gün yox, iki gün yox, neçə gündür biz bilirik. Sonra o sıldırım qayaları dırmaşmaq… Orada ermənilərin tankları da, topları da var idi. Cəmi iki günə, iki gün yarıma Şuşanı əliyalın azad etdik. Budur, Vətən sevgisi, qəhrəmanlıq budur. Fəxr edirik sizinlə.

Qazi: Biz Sizinlə fəxr edirik, o ruhu bizə bağışladığınıza görə.

Prezident İlham Əliyev: Sağ olun.

Bu xəbəri paylaşın: