Azərbaycanda 30 yeni yoluxma, 56 sağalma — 2 ölüm

Azərbaycanda koronavirusa 30 yeni yoluxma faktı aşkarlanıb.

Fedai.az xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, 56 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Onlardan 1946-cı il təvəllüdlü şəxsin xronik ürək çatışmamazlığı, 1961-cı il təvəllüdlü digər şəxsin isə limfoleykoz xəstəliyi olub.

Hazırkı dövrədək ölkəmizdə 1283 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 460 nəfəri müalicə olunaraq sağalıb, 15 nəfər vəfat edib, 808 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Dünyada koronavirusun statistikası barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Təşkilatın məlumatına görə, dünyada 1 995 983 nəfər virusa yoluxub, COVID-19-dan 131 037 nəfər vəfat edib.

Rauf Hüseynov

Bu xəbəri paylaşın: