«Mən, biz var olduğumuz üçün varam»

Bir antropoloq Afrika qəbiləsindən olan uşaqları oyun oynamağa dəvət edir.

Ağacın yanına bir meyvə dolu səbət qoydu və uşaqlara dedi: «Ağaca birinci çatan uşaq şirin meyvələrlə mükafatlandırılacaqdır.»

Uşaqlara yarışa başlamağa işarə etdikdə, onlar bir-birinin əllərindən möhkəm yapışdılar və hamısı birlikdə qaçdılar, sonra da hamısı birlikdə oturub şirin meyvədən birgə ləzzət aldılar.

Heyrətlənmiş antropoloq uşaqlardan niyə hamısının birgə qaçdıqlarını soruşdu, çünki içinizdən biri bu meyvələrdən təkcə özü üçün bəhrələnə bilərdi.

Uşaqlar cavab verdi: «Obonato». Hamı kədər içindədirsə, birinin xoşbəxt olması mümkündürmü?

Onların dilində «Obonato»: «Mən, biz var olduğumuz üçün varam»-deməkdir.

дети африки» — карточка пользователя stolyarova.zp в Яндекс.Коллекциях

Bu xəbəri paylaşın: