Erməni mənbələri 3 yaralı əsgərdən birinin vəziyyətini son dərəcə ağır olduğunu yazıb

«Geqarkunikdə Azərbaycan bölmələri ilə  atışma zamanı yaralanan üç erməni əsgərindən birinin vəziyyəti son dərəcə ağırdır.

 Sputnik Armenia-nın verdiyi xəbərə görə, şənbə günü Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Qurum hərbçilərin adlarını da dərc edib. Bu, Arman Atasyan, müqavilə ilə qulluq edən  Lernik Navoyan və Yurik Ohanyandır. Onlar Gegarkunik vilayətinin qarnizon xəstəxanasına aparılıblar. Atasyanın vəziyyətini həkimlər son dərəcə ağır qiymətləndirirlər.

«Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsində qətl cəhdi maddəsi ilə cinayət işi açılıb. İlkin istintaq davam edir.» deyə məlumata əlavə olunub.

Xatırladaq ki, Ermənistan-Azərbaycan sərhəddində Geqarkunik rayonu və Kəlbəcər rayonu, eləcə də Naxçıvan istiqamətində bir neçə gündür ki, gərgin vəziyyət hökm sürür. Vaxtaşırı atışmalar baş verir.Ermənistan Silahlı Qüvvələri bu ərazilər üzrə Azərbaycan Ordusunun bölmlərini aramsız atəşə tutur, təxribat törətməyə cəhd göstərir.

Bu xəbəri paylaşın: