AVMVİB yeni təyin olunmuş Baş Qərargah rəisinə Təbrik ünvanlayıb

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) yeni təyin olunmuş Baş Qərargah rəisinə Təbrik ünvanlayıb.

Bu barədə AVMVİB sədri Füzuli Rzaquliyev məlumat verib.

F. Rzaquliyev bildirib ki, bu çoxdan gözlədiyimiz və alqışladığımız bir addımdı. Ali Baş Komandan cənab İlham Əliyev daim ordumuzu diqqətdə saxladığını kimsə dana bilməz. Qalibiyyətli ordu, məhz prezidentimizin «şah əsəridir» desək yanılmarıq. Bu atılan addımlar da elə bu sahədə atılan növbəti addımlardandı. Ona görə də döyüş yolu keçmiş müharibə veteranı olan Kərim Vəliyevi çox minlik veteanlar ordusu adından təbrik edirəm.

Xatırladaq ki, general-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 01.01.1994-cü il tarixli Sərəncamı ilə «Azərbaycan Bayrağı» ordeni, 24.06.2005-ci il tarixli Sərəncamı ilə «Vətən uğrunda» medalı, 25.06.2012-ci il tarixli Sərəncamı ilə «Hərbi xidmətlərə görə» medalı, 09.12.2020-ci il tarixli Sərəncamı ilə “Zəfər” ordeni, 24.12.2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı və 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

Təbrik edirik!

Elnur Səlim

Bu xəbəri paylaşın:
  • 185
  •  
  •  
  • 3
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •