Mustafa Şentop Bakıya niyə gəlir?

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop bazar ertəsi Bakıya gəlir.

TBMM sədri Azərbaycan, Pakistan və Türkiyə parlamentləri sədrlərinin ilk üçtərəfli iclasında iştirak edəcək, Türkiyə mediası xəbər verir.

Bakıdakı görüş 27 iyul çərşənbə axşamı keçiriləcək. İclasda «Bakı Bəyannaməsi» adlı üçtərəfli sənədin imzalanma mərasiminin keçiriləcəyi gözlənilir. İclasdan əvvəl TBMM sədri Mustafa Şentop və digər parlament sədrləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək.

Parlamentlərarası forum iştirakçılarının Şəhidlər Xiyabanını, Bakı Türk Şəhidliyi memorialını ziyarət edəcəkləri gözlənilir.

Şentop 28 iyul çərşənbə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək, türk iş adamları və qeyri-hökumət təşkilatlarının nümayəndələrini qəbul edəcək.

Şuşa və Füzuli şəhərlərini ziyarət etdikdən sonra Türkiyə nümayəndə heyəti vətənə dönəcək.

Mənbə: BBC

Bu xəbəri paylaşın: