Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin üzvü, ehtiyatda olan baş gizir Əlixan Bunyadovun oğluna — muharibə əlili Sərxan Bunyadova, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən «fərdi yaşayış mənzilinin verilməsi » münasibətilə səmimi qəlbdən təbrik edir!
Əlixan Bunyadov 15 noyabr 1957-ci ildə anadan olub, 1977 – 2002-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin hərbi hissələrində xidmət edib.
1992 – 1994-cü illərdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.
Ehtiyatda olan baş gizir Əlixan Bunyadovun oğlu, Bunyadov Sərxan Əlixan oğlu 14.02 1990-cı ildə Suraxanı rayonunda anadan olub, Suraxanı rayon 178 saylı tam orta məktəbini bitirib. 2010-2011-ci illərdə müdddətli həqiqi hərbi xidmətdə olub. Atasının yolu ilə gedərək Vətən uğrunda gedən 44 günlük Vətən müharibəsində iştirak edib.
Sərxan Əlixan oğlu Bünyadovun döyüş xidmətləri Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Cəbrayıl, Qubadlı və Şuşa rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi intizam və şücaət nümayış etdirdiynə görə medallarla təltif edilib:
1.«Cəbrayılın azad olunmasna görə»,
2.«Qubadlının azad olunmasna görə»,
3.«Şuşanın azad olunmasna görə»,
4.«Cəsur döyüşçü».
Bir daha, bu əlamətdar gün münasibətilə hörmətli veteranmız Əlixan Bunyadovu və onun ailəsini təbrik edirik, onlara cansağlığı və uzun ömur arzulayırıq!
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev






