MİT meşələri yandıran iki qardaşı YAXALADI

Türkiyə kəşfiyyatı meşələri yandıran iki nəfəri ələ keçirib.

Bu barədə «Son Dakika» məlumat yayıb.

Bildirilir ki, Manisa, İzmir və Bursada kəşfiyyat aparıb meşələri yandırdıqdan sonra Türkiyədən qeyri-leqal yollarla qaçmağa çalışan PKK/KCK-PYD/ YPG terror təşkilatının üzvü olan suriyalı iki qardaş saxlanılıb.

Əldə edilən kəşfiyyat məlumatından sonra hərəkətə keçən Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT), Daxili İşlər Nazirliyinin Təhlükəsizlik ve Jandarma qüvvələri sözügedən iki qardaşın Manisa vilayətinin Turgutlu rayonunda olduğunu müəyyən ediblər.

MİT-in İzmir üzrə Şöbəsi, İzmir Vilayət Təhülkəsizlik Şöbəsi və İzmir Vilayət Jandarma Komandanlığının Manisa vilayətinin eyni adlı orqanları ilə kordinasiyalı şəkildə həyata keçirdiyi birgə əməliyyatla terror təşkilatın üzvü olan suriyalı iki qardaş saxlanılaraq nəzarətə götürülüb.

Mənbə: Publika.az

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •