Yaradanı Yaradan kimi sev…

На изображении может находиться: 1 человек, часть тела крупным планом

Nəriman Qəhrəmanlı

Ucuz və zombiləşdirici tərif, təbliğatla başınızı qatırlar…

Vətənsiz, nadan, elmsiz, ruhu caşqın bir kutləyə çevrilib müsəlmanlar. Hələ də 7-ci əsrin nağıllarıyla, boş tərif və nağıllarla yaşayır.

Mən Uca Yaradana tam iman gətirmiş bir Turkəm. Ərəbin məqsədli uydurma səhra nağıllarının transından coxdan canımi, qəlbimi, beynimi, ruhumu xilas etmişəm. Mən O-qovuşma məqamında var olan bir zərrəyəm. Qalanı təfərruatdı…

Yaradanımla mənim arama hec kim girə bilməz. O məndədi, mən O-na layiq olmaq cabasındayam. Arxada nadanlıq dövrünün inanclari, İrəlidə O bir olan kamil, qüdrətli…

Men irəli can atıram. Oxu təhlil elə, nə demək istədiyimi biləcəksən…

Mən dünyanı bütün bəlalardan qurtara bilən, Uca Yaradana qovuşmağın yeganə ən doğru yolu Türk dunyagörüşünün, inancının mənsubuyam. Təklif və nəsihət: pulunuzu, var-dovlətinizi, elminizi, bacarığınızı, təcrübənizi bacarıqlı, talantli, dünyanun, insanlığın, ozünün gücünü, dünyanın bərəkətini artıra bilən talantlə, işgüzar, ağıllı insanlara sərf edin. İnsan inanclı, talantlı, işgüzar, özünün və dünyanın gücünü, bərəkətini artırmaq üçün çaba göstərə bilən, Uca Yaradana qovuşmaqa layiq ola biləcək Uca varlıqdır. Bunları insan dərk edib, bu həyat tərzini yaşamalıdır. Zərrə Tam olana layiq olmağın doğru yolunu tutmalıdı. Bu Uca Türk dünyagörüşü, inancıdı. Yeganə doğru xilas yolu budur.

Bu mövzunu,inancə hər kəslə dartışmağa hər an hazıram. Qeyb olmuş qızıl əsrin Uca Turk inancının bərpası həyatımın ən ümdə amalıdır. Sadəlövhlük saymayın bu fikirlərimi.

Интересные факты / Interesting Facts со смыслом | ВКонтакте

Bir məmləkətdə nə qədər ki, Qurd ayağa qalxmayıb çaqqallar at oynadacaq, tülkülər hiylə işlədəcək, eşşəklər anqıracaq, bayquşlar ulaşacaq, qoyunlar mələşəcək. Bunların hökmü Qurd ayağa qalxanacandı…

Hər kəs deyir: «Dünya dəyişir, Gərək biz də dəyişək». Mənsə deyirəm: «Gəlin bizlər kimlərə görəsə dəyişməyək, Dünyanı inkişaf etdirib dəyişdirən bizlər özümüz olaq. Bunu bizlər hökmən bacarmalı və hökmən etməliyik!!!»

Bu hökm Haqdan gələn əmrdir…

****

Ömür yaşadım, bir ömür,

Qanan, qanmaz arasında.

Qanmaz qananı görmür .

Yanan, yanmaz arasında…

****

Qaldım qanmaz gədiyində,

Yaxam İblis yedəyində,

Əlim Tanrı ətəyində

Sayan, saymaz arasında…

****

Ahım, ahın göynəyir,

Ahım oddan köynəyim,

Ölüm-olum, neynəyim,

İnam-dönməz arasında…

Dunya nağıl dunyası deyil, Ağıl dunyasıdır. Dunya hərəkətdə olmasa bərəkətli ola bilməz. Hər kəs, Insan da daim məqsədli, mənali,hədəfi bəlli olan hərəkətli olmalıdı ki, dunyanın bərəkətini və gücünü,ozünün də dörd qatda gücünü və varını artıra bilsin. Uca Yaradan yaratdığını buna qadir olmaq üçün yaratmışdır. Yoxsa bütün şəhadətlər, ibadətlər cəhalətə dönüb,heçə gedər.

****

Bütün dəyərlər pulla,qızıl və bir sıra var- dövlət meyarlarıyla dəyərləndirilirsə,demək ki,İnsan öz kimliyini və dəyərini tamlıqla unudub, odlar və atəşlər içindədi, arzulamadığı cəhənnəmdədi…

Uca Yaradan, Allah, İlahi,Tanrı, Boq, Astvaz adından varlanmaq, pul qazanmaq üçün ən çətin anda belə bircə dəfə hətta istifadə etsə kafirdi, cəhənnəmlikdi…

Bu cür adamlar Uca Yaradanı, Allahı pula, vara satıb, alanlardı. Vay olsun, onların halına…

Kimliyini anlamayan, hansı məqsədlə yaradıldığını tamlıqla dərk etməyən, özünü və başqalarını da özü kimi anlayıb sevməyən, dünyanın, göylərin sirlərini bilməyənlər Tam olanı-Uca Yaradanı görüb, bilib, sevib, döğrunu yanlışlıqlardan ayıra bilib, dünyanın bərəkətini, gücünü artırmaq qabiliyyətini itirər, həşarat ömrü sürər, ziyanlı, yırtıcılaşıb, qaniçən dəhşətli heyvani bir ömrüylə bəlaya çevrilib dünyanı da,insanlığı da,özünü də bəlalara,dəhşətli faciələrə düçar edər…

Nökər,qul,yaltaq,yalaq, ələbaxan,məzlum olmağa meylli milləti, xalqı, toplumu azad elemək istəyən Şəxsiyyətləri, Liderləri, Müdrikləri, Fikir adamlarını həmin kütlə ya dinsiz,kafir, ya dəli, ya İblis, ya da qatil adlandırırlar. Bir qarın yeməyi üstün bilib Cəlladlarını, Qatiiərinı isə Xilaskar kimi göylərə qaldırır, qarşısında baş əyir, ikiqat olur, özlərinin məzlum, çarəsiz hallarına Cəlladlarından, Qatillərindən, onların qanını uf demədən içənlərdən kömək, imdad, aman, azadlıq diləyir, dilənirlər. Özlərini, həyatlarını maskalanmış «mələksifət» Cəlladlarına, Qatillərinə yaltaqlanaraq qurban deyirlər. Çox təəssüf ki, bu xislətimizə dünyanın bütün inkişaf etmiş millətləri, hətta ermənilər, gürcülər belə gülür, bizləri lağa qoyur, millətimizə mağmun, manqurt, zombiləşmiş ən aşağı keyfiyyətli canlılar kimi münasibət göstərirlər…

Bütün Türk-Müsəlman toplumlarımız bu gündədi. İranda da, Turanda da,dünyayın harasında olursa, olsun! Doğrudan da dünyanın azad, hürr, öncül millətlərinin sırasında olmaq istəyiriksə, bizlər hamılıqla bu aşağılayıcı xislətlərimizdən birdəfəlik imtina edib əsl ikişaf yoluna üz tutmalıyıq. Bunu hökmən bacarmalı və hökmən etməliyik…

Dürüst və düz danışmaqdan qorxma. Ən pis halda yalançıları, yalaqları və haqqa düşmən olanları itirəcəksən. Haqq sahibi Uca Varlıq-O bir olan Yaradanla bir olmaq yetərlidir. Demək ki, tək deyilsən. Səndən imtina edənlər Iblisin dostlarıdır…

Şəklinə baxmaqla və güzgüdə özünü görməklə özünü tanıyıb dərk edə bilməzsən. Özünü qəlbindəki güzgüdə, ağlındakı, ruhundakı aynada, əməllərindəki nəticədə daha aydın görüb tanıya bilərsən. Qəlbindəki güzgüyə boylan. Baxıb gördünmü özünü? Yaxşı-yaxşı bax!!!

Səni sevənin yanında ol. O sənin qəlbindədi. Sadəcə bunu dərk elə. O bütün varlığıyla sənin hər aldığın nəfəsdə,hər duyduğun təmasdadı. Yoxla, anlayacaq, duyacaq, O- na sarılacaqsan. O doğmaların ən doğması, səni sevənlərin ən sevimlisi, səni qoruyanların ən etibarlısidı. Canında, qəlbində, ağlında, ruhundadi O. Hara dönsən, hara baxsan, nəyə toxunsan, nəyi dadsan, nə eşitsən, O ordadı, səndədi…

Uzaqda gəzmə O -nu. Ozundə gəz, bul, bil, sev, sarıl. Cahil insanlar öz doğmalarının da namusuna ləkə salmaqdan cəkinməzlər. Ən doğmalarını da bu cur ləkələyib hamısını bir-birinə duşmən etməkdən də utanmazlar…

Belələri ən ağır lənətlərə layiqdi. Onlar Uca Varlığın bağışlamayacağı kafirlər və cəhənnliklərdi. Hec bir tövbə ilə günahlardan xilas ola bilməzlər…

Ürəyimi qaytar mənə,

Yanıb tökülür ovcunda...

Damarları dənə-dənə,

Dara cəkilir ovcunda.

ULTOR PORTFOLIO

****

Dan yerinə həsrətdi o,

Günəşdən doğmaq öyrənir.

Hədəfdi, sirrdi, sirətdi o,

Haqq yola cıxmaq oyrənir…

****

Ağ günlər gəzdim,axtardim

Qara günlər sırasında…

Mələklər geri qaytardı

Qaldım İblis erasında.

*******************

Üz-üz, göz-göz araşdırdım,

Necə qəlb dərdə bükülü…

Uladım, elə qışqırdım,

Yatıbdı mələklər mürgülü.

****

Yeddi qat göydən yuxarı,

Yeddi qat yerin təkində,

Yetən xoşbəxtlik axtarır,

Yaxası İblis cəngində…

****

Coxdan bazarmiş Yer üzü,

Carxına nırxı nallanıb.

Mənim gördüyüm bu üzü,

Sən demə, Tanrı da allanıb.

İçindəki gizli kin, qəzəb, nifrət, hirs, paxillıq və başqa mənfi hisslər qəlbini, ruhunu didim-didim edib səni carmıxa cəkir, doqram-doğram doğrayır. İçini bunlardan təmizlə ki, göründüyün kimi ola biləsən. İçinin dəstəmazı daha vacibdi, ey qəlbində, ruhunda cəhənnəm narahtlıqlarını gizlədən ikiüzlülər.

Sizlər, bizlər hamımız bir-birimizə arxa-dayaq deyə yaradılmışdıq. Ola bildikmi doğmalaşıb bir-birimizə arxa və dayaq? Biz Bağbanın bizə bəxş etdiyi bu bağı-dunyanı daha bərəkətli,daha gözəl, daha UCA, daha anlaya biləcəyimiz, hikmətlərlə ucaltmaq üçün yaradılmış UCA varlıqlar deyə yaradılmışıq, dunyanın əşrəf kimi daha cox yararlı olduğumuzu bilib buna əməl etməliydik. Etməyi bacardıqmı?!

Скульптуры с глубоким смыслом и стоящей за ними интересной ...

****

Bura goydən niyə düşdüm?!

Caşdım, haya-küyə düşdum,

Ay üzlü mələk görmüşdüm,

Düşdüm eşqin tələsinə.

****

Nə nökər, nə şah aldadıb,

Leyli cəkən Ah aldadib,

Adəmi Allah aldadib,

Satıb İblis köləsinə…

****

Himi əyridi oncədən,

Soruşdum güldən, qöncədən,

Batdım günaha hec nədən,

Uydum Leyli naləsinə…

*************************

Canımı canımdan alan canlara,

Ruhumu carmıxa çalan canlara,

Mən yolam, haqq yolu, yolam canlara,

Tanrıdan, Isadan kecib gəlirəm.

****

Bu yolda iriz yox, ləpir yeri yox,

Ruhun dərgahıdı, qəbir yeri yox,

Burda ağrı-acı, diri-diri ah,

Carmıxdan qeyb olub, ucub gəlirəm...

красивые картинки :: со смыслом :: сохрани / картинки, гифки ...

Bu xəbəri paylaşın: