Putin SSRİ-ni bərpa etmək xəyalından əl çəkməyib

Postsovet ölkələrində SSRİ-nin dirçəldilməsi qorxusu tədricən aradan qaldırılır, çünki səylərin birləşdirilməsi hamı üçün faydalıdır. Bu fikri Rusiya prezidenti Vladimir Putin «Rossiya-1» kanalında «Moskva. Kreml. Putin.» proqramına verdiyi müsahibədə söyləyib.

«Bunu birbaşa söyləməliyik: keçmişin bəzi fobiyalarını dəf etmək, Sovet İttifaqının və Sovet imperiyasının dirçəldilməsi ilə bağlı qorxulara üstün gəlməklə, bu qaçılmaz yola qədəm qoymaq hər kəsin xeyrinədir» deyə Putin bildirib. Bu barədə Rambler məlumat verib.

Putinin sözlərinə görə, postsovet məkanında inteqrasiya proseslərinin bütün iştirakçıları bu üstünlükləri hiss edirlər.

Rusiya Federasiyası Prezidentinin qeyd etdiyi kimi, dünyanın hər yerində qüvvələr birləşərək rəqabət qabiliyyətlərini artırmağa çalışırlar.

«Keçmiş Sovet İttifaqı respublikaları üçün bu tamamilə təbii bir şeydir», deyə Putin vurğulayıb. Bu barədə Rambler məlumat yayıb.

Nizami Həyatov

Bu xəbəri paylaşın: