Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin üzvü, cəsur döyüşçü, Zəngilan Alayında Tabor komandirininn müavini, yeni yaranan Milli Ordununun ilk çağırışçı əsgərlərinin təlimlərinə rəhbərlik edənlərdən biri «Rembo» ləqəbli Habil Camalovun ad günüdür.

Habil qardaşımızın 50 yaşı bu gün tamam olur.
Habil Camalov Zəngilan, Füzuli, Cəbrayıl, Qubadlı və digər döyüş bölgələrində döyüşlərin iştirakçısı, Cəmşid Naxçıvanski adına hərbi litseyin müəllimi olub. Hal hazırda Habil Camalovun onlarla təlim keçdiyi yetirməsi Mili Orduda Azərbaycan Respublikasının ərazi bütövlüyünü zabit kimi qoruyurlar. Habil Camalov hal hazırda Dəniz qoşunlarında zabit kimi xidmətini davm etdirir.
AVMVİB Zəngilan rayon şöbəsi Habil qardaşımızı yubiley münasibəti ilə təbrik edir, tutduğu bu şərəfli yolda uğurlar arzulayır.
Azad Musayev
AVMVİB Zəngilan rayon şöbəsinin sədri



