Ağdamda hərbi jurnlist polis tərəfindən saxlanılıb.
Ağdam polisi şöbəsinin əməliyyatçıları Quzanlı qəsəbəsində Hərbi jurnalist Elgün Gəncimsoyu maşına məcbürən oturdaraq polis şöbəsinə aparıblar.
Əldə etdiyimiz məlumata görə, jurnalist karantin qaydasını pozduğuna və polisə müqavimətdə ittiham edilir.
Xatırladaq ki, Elgün Gəncimsoy düşmənlə informasiya müharibəsində ən öndə gedən hərbi jurnalistlərdən biridir. Onunla birlikdə AzTV, ARB və APA-nın keçmiş operatoru Fəxrəddin Məmmədovun da saxlanıldığı deyilir.
Xatırladaq ki, jurnalistlər peşə fəaliyyəti ilə əlaqədar olaraq, «Kütləvi informasiya vasitələrinin əməkdaşlarının sistemdə qeydiyyata düşməsinə ehtiyac yoxdur. Onlar rahat şəkildə hərəkət edə bilərlər».
Bunu Azərbaycana Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov söyləyib.
Bu gün, həm də Elgün Gəncimsoyun ad günüdür. Bu da həyatın bir Qara Tini deyib Elgün bəyi döyüşçülər adından təbrik edir və arzusunda olduğu doğma yurd yerlərinin azad ediləcəyi günlərdən xəbərlər yazmağı Tanrı tezliklə ona qismət eləməsini arzu edirik.
100 yaşa!
Fedai.az
