Köçkün və çarəsiz duruma düşən Vüsalın evi hanı?

Niyə o ərazidən, Tərtər rayonu Mamırlı kənd yol kənarında məskunlaşmış Vüsal Zeynalovgil köcürülməyib?

Suallarımıza cavab axtarırıq!

 Tərtər rayonu (əvvəllər Ağdərə rayonu) Umudlu kənd sakini hazırda Küçərli Qatar Vağzalının ətrafında məskunlaşmış Zeynalov Vüsal acınacaqlı şəraitdə yaşadığını redaksiyamıza yazılı şəkildə bildirib.

75 yaşlı xəstə anası ilə 27 ildir o uçuq daxmada yaşayan Vüsalgilə niyə indiyə qədər ev verilmədiyini soruşduq. O söylədi ki, biz köçkün olaraq hazırda Tərtər rayon ərazisində məskunlaşmışıq! Və bizə də ev veriləcəyini düşünüb xeyli sevinmişdik. Köçhaköc zamanı aydın oldu ki, ətrafımızda hamı evlə təmin olunsa da, bizə ev verilməsindən imtina edilib…

Maraqlananda isə Tərtər İcra Hakimiyyətinin nümayəndələri gülünc-gülünc, mənasız sübutlar gətirməyə başladılar! Guya mən kommunalı Bərdə rayonuna ödəyirəm, mənim ev mesələm də Bərdə rayon icra hakimiyyətində həll olunmalıdır. Maraqlıdır, bəs mənimlə qapıbir qonşu olanlar hara ödəyirdilər? Təbii ki, hamımız — o ərazidə yaşayanların hamısı mən kommunalı hara odəyirdimsə ora ödəyirdilər.»


Vüsal çarəsiz durumda olduğunu ürək ağrısı ilə bildirərək,  həm də söylədi ki, «yuxarılarda» adamımız yoxdu, ümumiyyətlə, kimsəmiz yoxdu:» Nə də, hay-küy salıb, dava edib ev tələb eləmək də əlimdən gəlmir. Bu uçmağa hazır daxmada anama bir şey olsa, hamının gözü qarşısında intihar edəcəyəm! Axı, mən Azərbaycan vətəndaşıyam, köçkünəm, çarəsizəm… Mənə düşəcək ev necə oldu axı…?»

Azərbaycan Prezident İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda belə bir nitq söyləmişdi: Açıq söhbət olmalıdır, problem nədir, həlli yolu nədir sahibkar desin. Dövlət nümayəndəsi də ona desin ki, o, harada pozuntulara yol verir, dostcasına desin ki, “get bunu düzəlt, bax, son dəfə sənə deyirəm, düzəltməsən, onda özündən küs”.

Bu gün burada, bax, bu məsələlər müzakirə olunmalıdır. Elə etməliyik ki, 2020-ci ildən başlayaraq, bütün bu bicliklər, manipulyasiyalar, saxtakarlıqlar, kassadan kənar ödəmələr qıraqda qalsın. Bəyan edilməmiş yüklərin gətirilməsi, yükün içində bir məhsul ola-ola başqa məhsulun bəyan edilməsi — bütün bunları dövlət orqanları bilir və bilirdi. Sadəcə olaraq, bəziləri göz yumurdular, sövdələşirdilər. Daha bu dövr bitdi. Mən sizə bunu deyirəm, qurtardı. Ona görə mən dediyim kimi işləməlisiniz, vəssalam”.


Burdan üzümü Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə və Tərtər rayon icra hakimiyyəti başcılarına tutub dostcasına  deyirəm: «Vüsalın əli silah tutur. Gəncdir. Sabah müharibə başlasa, səfərbərlik olsa sizi əlinə silah götürərək o qoruyacaq! Onun problemi ilə məşğul olun!

Elə hərəkət etməyin ki, belə insanlar canlarına qıysınlar! Cavabınızı gözləyirik!»

 Əntiqə Rəşid

Bu xəbəri paylaşın: