POLKOVNİKƏ TƏBRİK VAR: ŞABANOV SABİR QARAKİŞİ OĞLU — 65

AVMVİB rəhbərliyi, Fədai.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyyatda olan polkovnik Şabanov Sabir Qarakişi oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

    Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

    Müharibə veteranı polkovnik  Şabanov Sabir Qarakişi oğlu  29 avqust 1956 — ci ildə Şamaxı rayonun Göylər kəndində kolxozçu ailəsində anadan olub.

   O, 1963- cü ildə Şamaxı rayonun Göylər kəndində birinci sinifə getmiş, 1973-ci ildə  həmin orta məktəbi, 1974-ci ildə Zabaykal Hərbi Dairəsində müdddətli həqiqi hərbi xidmət cavuş hazırlığı proqramı üzrə tədris hissəsini bitrmiş, 1974-1976 -cı illərdə Zabaykal Hərbi Dairəsində müdddətli həqiqi hərbi xidmət çavuş vəzifəsində xidmət etmişdir.

    Sabir Şabanov 1977 -ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Tiflis şəhərində yerləşən Divizyanın tədris alayında gizirlər məktəbini, 1984-ci ildə  SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Saratov şəhərində yerləşən ali hərbi məktəbini, 1996- cı ildə isə  Bakı Dövlət Universitetini (hüquqşünas ixtisası üzrə) bitirmişdir.

   Müharibə veteranı polkovnik Sabir Şabanov 1977 -1980- ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin   Tiflis şəhərindəki Divizyanin Baki şəhərində yerləşən Əlahiddə konvoy (müşayiət) hərbi hissəsində bölüyün baş cavuş, 1984 -cü ilin iyul ayından 1992-ci ilin  aprel ayına kimi  isə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ukrayna Respublikasının Vinnic, Xmelinski, Şipitovka, Lüqansk şəhərində yerləşən hərbi hissələrində  taqım komandiri, böluk komandirinin tərbiyəvi işlər üzrə müavini, böluk komandiri, taborun qərargah rəisi, tabor komandiri vəzifələrində xidməti borcunu uğurla yerinə yetirmişdir.

    O,1992- ci ilin aprel ayından  1997- ci ilin son ayına kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Nərmanov rayonunda yerləşən hərbi hissənin Qərargah rəisi, Ağdam rayonunda yerləşən hərbi hissənin ilk hərbi hissə komandiri, DİN Daxili Qoşunlar Komandanının silah və texnika üzrə (ilk) müavini  vəzifələrində xidmət edib. Polkovnik Sabir Şabanov 1998- 2008 -ci illərdə Təvəkkül Ünverstetində baş müəllim və hərbi xidmətə çağırış üzrə səfərbərlik şöbəsinin rəisi vəzifəsində işləyib.

    Sabir Şabanov  1992-ci il iyun 12 -də təməli özü tərəfindən qoyulan hərbi hissənin  komandiri kimi  alayın  bütün şəxsi heyəti ilə Ağdam rayonuna yollanaraq, Ağdam bölgəsinin müdafiəsini təşkil etmişdir.Daxili İşlər Nazirın mivafiq  göstərişi ilə,   Ağdam və Ağdərə  rayonu istiqamətində Din-in Daxili qosunlarin birləşmiş hərbi hissələrinə və polis  dəstələrinə rəhbərlik etmək üçün o, ön cəbhə qərargah rəisi vəzifəsinə təyin edilərək üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

      Müharibə Veteranı polkovnik Sabir Şabanov 1993- ci ilin noyabr  ayınin 13- dən, 1994-cü ilin may aynın  12-nə kimi Azərbaycan Respublikasının Füzuli rayonunun ərazi bütövlüyü uğrunda gedən agır döyüşlərdə Din-in Daxili Qoşunların birləşmiş hərbi hissələrinin  və polis quruplaşmasının hücum əməliyyatını işləmək və döyüş hərəkətlərini idarə etmək üçün mütamadi olaraq ezamiyyətdə olduğu müddətdə, məhz onun rəhbərliyi ilə bir necə yaşayış məntəqələri işğalçı erməni ordusundan azad edilmişdir.

    1994-1997-ci ilərdə, Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarına zabitlərin, qizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların hərbi xidmətə qəbulu, hərbi qulluqçular tərəfindən tutulmalı olan vəzifələrin komplekləşdirilməsi,  hərbi kadrların düzgün seçilməsi, yerləşdirilməsi, tərbiyə edilməsi, hər bir hərbı quluqcunun işgüzar və mənəvi keyfiyyətlərinə obyektiv qiymət verilməsi, xidmətdə irəli cəkilməsi, təhsil almaga göndərilməsi və onlara ilkin zabit rütbəsinin verilməsi ilə bağlı polkovnik Sabir Şabanov Daxili Qoşunların Bas İdarəsində Mandat, Attestasiya komissiyalarının üzvü olduğu müddətdə üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

   Şabanov Sabir Qarakişi oğlu peşəkarlığı və humanistliyi ilə secilən ən məhsuldar dövrünün 33 illdən cox şərəfli xidməti yolunun 34 ilinin on bir ilini Təvəkkül Ünverstetində baş müəllim və hərbi xidmətə çağırış üzrə səfərbərlik şöbə rəisi vəzifəsinə, iyirmi üc ilini isə hərbı xidmətə sərf edərək Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

     Şabanov Sabir Qarakişi oğlu  Daxili Qoşunlar Komandanın silah və texnika üzrə müavini vəzifəsində xidmət edərkən, hərbi hissələrdə və  əlahiddə bölmələrdə keçirilən təftiş, yekun yoxlama  komissiyasının sədri, kompleks və məqsədli qrupların rəhbəri, hərbi hissə  komandirlərinin, onların   silah və texnika üzrə müvavinlərinin, silah və  texnika  üzrə xidmət rəislərinin xidmət yerlərinin dəyişməsi ( silahlı qüvvələrdən ehtiyata buraxılması) ilə əlaqədar yaradılan komissiyanın sədri olduğu müddətdə, üzərinə düşən xidməti tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşib.

        Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş  keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna, nümunəvi xidmətinə və hərbi vəzifə borclarını əla yerinə yetirdiyinə görə, Daxili İşlər  Nazirin müvafiq əmrləri ilə   həvəsləndirmə qaydasında  Sabir Şabanova vaxtından əvvəl  «polkovnik- leytenant  və «polkovnik» hərbi rütbələri verilib.

    Daxili Qoşunların Baş İdarəsinin Silah, Avtomobil və Zirehli texnika şöbələrinə aid hüquq — normativ aktların, əmrlərin, direktivlərin, bütün təminat normalarının, formalaşdırılmış sənədlərin, Silah, Avtomobil və Zirehli texnika sahəsində xidmət edən hərbi qulluqçuların ixtisas hazırlıgı  üzrə tədris proqramların, dərs və metodiki vəsaitlərin hazırlanmasında, silah və texnika üzrə peşəkar zabitlərin, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların, kicik mütəxəssislərin (sürcülərin) hazırlanmasında,onlarla metodiki təlim toplanışlarının,komandir hazırlığı məşğələlərin  kecirilməsində polkovnik Sabir Şabanovun  və  onun bilavasitə  (birbaşa)  tabeliyində olan  zabitlərin böyuk zəhməti olmuşdur.

  1992 — ci ildə Azərbaycanın Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə polkovnik Şabanov Sabir Qarakişi oğlu  fəriqləndiyinə və xidməti vəzifə borclarının yerinə yetirilməsinə məsuliyyətlə yaşadığına  görə ona, Daxili İşlər Nazirnin  müvafq əmri ilə «Boz Qurd» fəxri adı verilib.

   Ehtiyyatda olan polkovnik Şabanov Sabir Qarakişi oğlu Xidməti vəzifələrinin icrası zamanı xüsusi fəriqləndiyinə görə SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirnin, Daxili Qoşunlar Komandanın, xidmət etdiyi Diviziyanin  və hərbi hissə komandirinin və onların müavinlərinin, təhsil aldıgı və işlədiyi təhsil müəssisələrinin məktəb rəislərinin və rektorunun  müfaviq əmrləri ilə bir sira medallarla, «Əla xidmətlərə görə «döş və yubley nisanları ilə, fəxri fərmanlarla, pul mükafatları ilə, qiymətli hədiyyələrlə mükafatlandırlıb  və ona təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, SABİR MÜƏLLİM!

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.

ÖMRÜN UZUN OLSUN, 100 YAŞA!

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: