Beyləqanda Şəhid bulağının açılışı olub

Beylaqan rayonu Aranqala kəndində Şəhid Quliyev Hüseyin Aydın oğlunun ad günün qeyd olundu.


Şəhid Hüseyn Quliyevin əziz xatirəsini əbədiləşdirmək məqsədiylə tikilmiş Şəhid bulağının da açılış mərasimi keçirilib.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi sədrinin müavini Əlövsət Məmmədov məlumat verib.


Əlövsət Məmmədov bildirdi ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin adından şəhid ailəsinə Fəxri fərman təqdim edildi.

Açılış mərasimində AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, sədr müavini Məmməd Məmmədov,ictimaiyyət nümayəndələri və müharibə veteranları iştirak edirdilər.


Allah şəhidlərimizə rəhmət eləsin!


Elnur Səlim

Bu xəbəri paylaşın: