Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Binəqədi rayon şöbəsinnin sədri Mərdan Ələsgərov AVMVİB-nin yaranması günü münasibəti ilə öz sevincini Fedai.az — la bölüşdü.
AVMVB artıq 27 ildir fəaliyyət göstərir. 27 yaşımızı bizlər daha coşquyla qeyd edirik. Yenilməz Ordumuzun gücü ilə doğma və əzəli Azərbaycan torpağı olan Qarabağı, Şuşanı və işğal altında olan digər torpaqlarımızı azad edərək bu il Qələbə sevincini yaşadıq. Biz bu Qələbəyə görə qəhrəman əsgərlərimizə, şəhidlərimizə və Ali Baş Komandanımız cənab İlham Əliyevə borcluyuq. Onların birgə əzmi, cəsarəti, mərdliyi nəticəsində Azərbaycan öz əzəli torpaqlarına qovuşdu. İndi bütün şəhidlərimizin ruhu şaddır.
Vətən müharibəsi veteranlarına diqqət və qayğı siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər daim veteranların problemlərini xüsusi diqqətdə saxlayaraq onların həlli üçün müvafiq göstərişlər verib.
Təsadüfi deyil ki, ulu öndərimiz Heydər Əliyev müstəqilliyin ilk illərində demişdi: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər… Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, veteranlar bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək, bizim dövlətin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının müqəddəs borcudur”.
Bu yolun layiqli davamçısı Dövlət Başçısı İ. Əliyev də daim müharibə veteranlarının və şəhid ailələrinin yanında olduğunu qeyd edir və öz əməlləriylə sübut edir.
Şəhidlərimizə uca yaradandan rəhmət diləyirəm , veteranlarımıza cansağlığı arzulayıram.
Şöbə sədri, «Azərsu» ASC-nın əməkdaşı olduğunu qeyd edərək bildirdi ki, Vətən müharibəsində “Azərsu» ASC –nin bütün əməkdaşları ordumuza həm maddi, həm də mənəvi dəstək oldu. Elə bu gün də «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları şəhid və qazi ailələrinə diqqət və qayğı ilə yanaşmaqdadırlar. Bu yolda «Azərsu» ASC Müzəffər Ali Baş Komandanın tapşırıq və göstərişlərini əsas tutaraq öz fəaliyyətini qurur.
Şöbə sədri Mərdan Ələsgərov «Azərsu «ASC Rəhbərliyinə veteranlara yaratdıqları iş şəraitinə və veteranlara göstərdikləri xüsusi diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.
Elnur Səlim