Şəhid anasını kabinetdən qovublar — Beyləqan rayonu

Qədimov Rəhim Yadigar oğlu şəhid atası həm də Ağdam rayonundan məcburi köçkün düşüb.


Bu yanğında günahı olan tərəf polis olduğuna görə bu isə baxan yoxdu. hadisə yerinə gələn Beyləqan rayon Polis Şöbəsi rəisinin müavini Taleh Hüseynov və mülkü formada başqa bir zabit olub. Əvvəl polislər, yanğının qonşu tərəfindən törədildiyini təsdiqləyiblər.


Sonradan qonşunun polis əməkdaşı olduğunu bilincə və aralarında nə baş verdisə, onlar öz fikirlərini dəyişdilər.


Öncə bildirək ki, Azərbaycan Respublikası Daxili İşlər nazirliyi, xüsusən də general-polkovnik cənab Vilayət Eyvazov daim şəhid ailələrinə və müharibə veteranlarına göstərdiyi diqqət və qayğı ilə örnək olub.


Lakin Beyləqan rayonunda baş verən bu hadisəyə ad vermək mümkün deyil. Vətəndaşın şikayətinə baxmamaqları bir yana dursun, rəis müavini Taleh Hüseynovun şəhid ailəsini təhqir edərək otaqdan qovması biyabırçılıqdı. Bu, ən azı ölkə qanunlarına və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına qarşı çıxmaqdır.

Şəhid anasının bildirdiyinə görə onun 40 baş quzusu, tövlələri və 1500 bağ ot bağlaması yanıb kül olub. Törədilən bu hadisəni təsadüf saysaq da, indi anlayırıq ki, bu artıq qəsddir. Bizim buradan çıxmamız üçün törədilib. Polis rəisinin müavini Taleh Hüseynov bizi dinləmək əvəzinə təhqir edərək, otağından qovdu.


Şəhid anası ona nazirə şikayət edəcəyini dedikdə, deyib ki, mənə maraqlı deyil, get hara şikayət edirsən, et. Belələri kreslolarda oturub, mənim balam gedib şəhid olub. Şəhid anası olduğumu dedikdə isə, T. Hüseynov dedi ki, gözüm aydın şəhid anasısan, çıx rədd ol kabinmetdən…


Xatırladaq ki, məmur özbaşınalığına uğrayan ailənin övladı Zülfü Rəhim oğlu Qədimov Xocavənd istiqamətində kəşfiyyatda olarkən bir qrup zabitimizlə şəhid olub.


Şəhid ailələri bizlərə əmanətdi. Ona görə də şəhid anası Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsinə və AVMVİB Beyləqan rayon şöbəsinə müraciət edərək bu qanunsuzluğun ictimailəşdirilməsini və onların səsini Ali Baş Komandan cənab İlham Əliyevə çatdırılmasını xahiş ediblər.


Ümid edirik ki, aidiyyatlı qurumlar bu məsələyə biganə qalmayacaq və şəhid ailəsinin şikayətlərinə baxılması, ona vurulmuş zərərin ödənilməsini təmin edəcək və şəhid anasına dil uzadanlar isə layiqli cəzalarını alacaqlar.

Ətraflı video materialda:


Mövzuya qayıdacağıq…


Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: