TƏBRİK: HƏSƏNOV AŞUR TANRIVERDİ OĞLU — 66

     AVMVİB rəhbərliyi, Fədai az.  kollektivi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyyatda olan mayor Aşur Həsənovu doğum günü munasbətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün  ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır.

    Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun olaraq həyata keçsin. Amin!

    Mayor Həsənov Aşur Tanrıverdi oğlu 29 avqust 1955-ci ildə Lənkəran şəhərində anadan olub.

     O, 1962-ci ildə Lənkaran  şəhərində  orta məktəbin birinci sinfinə getmiş, 1973-cü ildə  həmin məktəbi bitirib.

    Aşur Həsənov 1974-1976 -ci illərdə SSRİ Müdafiə Nazirliyinin Estoniya Respublikasının Tartu şəhərində müddətli həqqi hərbi xidmətdə olub.

    Ehtiyyatda olan mayor Aşur Həsənov 1976- cı Üzeyir Hacıbəyov adına Bakı Müsiqi Akademiyasına daxil olmuş 1981- ci  ildə həmin Akademiyanı bitrib.

Aşur Həsənov 1976- 1992 -ci illərdə Baki Dövlət Sirkinin Orkestirində  və   Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasnın hərbi Orkestirində müxtəlif vəzifələrdə işləyib.

      O, 1993 — cü ilin sentyabr ayından- 2003 cü ilin sona kımı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin Nərimanov rayonunda yerləşən  nümnəvi göstərici hərbı orkestrin rəisi və dirijoru vəzifələrində xidmət edib.

Ehtiyyatda olan mayor Aşur Həsənov 2004 -cu ildən Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestirində  inispektor vəzifəsində işləyir.

O, humanistliyi və səmərəliyi ilə seçilən ən məhsuldar dövrünün  46 ildən çox şərəfli xidməti yolunun on üç ilini öz ixtisası üzrə  hərbi xidmətdə kecirib, otuz üç ilini isə Bakı Dövlət Sirkində və Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestirində keçirərək, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edir.

    Ehtiyyatda olan mayor Aşur Həsənov Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin, Daxili Qoşunların Nümnəvi Göstərici Orkestiri haqqında Əsasnamənin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmuşdur.

    1993 -cü ildə Daxili Qoşunlarda Hərbi Orkestrin yaranması ən ümdə məsələlərdən biri idi. Belə tarixi vəzifəni həyata kecirmək, Daxili Qoşunların Baş İdarəsinin Nümunəvi Göstərici Hərbi Orkestr xidmətinin rəisi  ehtiyyatda olan polkovnik Cəfər  Abbasovun rəhbərliyi  altında hərbi orkestrin rəisi (hərbi dirijor) ehtiyatda olan mayor Aşur Həsənovun taleyinə nəsib olmuşdur. O,ulu babalarımızın yaşayıb—yartmaq  ənənəsinə sadiq qalaraq, ibtidai şəraitdən başlayaraq, Hərbi Orkestrin ərsəyə gətirlib fəaliyyətə başlaması dövrünə qədər üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

    Aşur Həsənov Daxili Qoşunların Hərbi Orkestrində xidmət etdiyi illər ərzində, onun rəhbər olduğu hərbi Orkestrin kolektivi Daxili İşlər Nazirliyində, Daxili Qoşunların Bas İdarəsinində, Din-in Polis Akademiyasında, Daxili Qoşunların Baş İdarəsinin Döyüş bölgələrində, şəhər və rayonlarında yerləşən hərbi hissələrində yüzlərlə rəsmi tədbirlərdə iştirak etməsi , müxtəlif İdarələrdə,mədəniyyət ocaqlarında, təşkilatlarda, ölkə televiziya kanallarında isə çıxış etməsi ücün ona, həvalə edilmiş vəzifə və tapşırıqları yüksək səviyyədə həyata keçirmişdir.

   Daxili Qosunlarin Baş İdarəsinin Nümnəvi Göstərici Hərbi Orkestrin təcrübəli və peşəkar kadrlarla, kiçik mütəxəssislərlə, azad muzdlu işcilərlə komplekləşdirilməsi  və onalarla  tədris proqramlarına əsasən ixtisas hazırlığı üzrə məşğələlərin, məşqlərin keçirilməsində ehtiyyatda olan mayor Aşur Həsənovun  böyük rolu olmuşdur.

    Həsənov Aşur Tanrıverdi oğlu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş idarəsinin hərbi Orkestrində xidmət etdiyi illər ərzində Ona həvalə edilmiş vəzifələrin və tapşırıqlarının yerinə yetirilməsində Xüsusi fəriqləndiyinə görə ona Daxili İşlər Nazirinin, Daxili Qoşunların komandanın və onların müavinlərinin, tədbirlərdə iştirak etdiyi Polis Akademiya rəisinin, hərbi hissə komandirlərinin və digər təşkilat və mədəniyyət ocaqlarının rəislərinin müfaviq əmrləri ilə bir sıra medallarla, əla xidmətlərə görə döş və yubley nisanları ilə, fəxri fərmanlarla,  pul mükafatları ilə, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, AŞUR  BƏY!

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.

ÖMRÜN UZUN OLSUN, 100 YAŞA!

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: