Avqustun 31 -də Ermənistanda bank soyğunçuluğu törədilib.
«Yerevan Mall» ticarət mərkəzində yerləşən banklardan birinin filialına girən vətəndaş işçisini hədələyərək 102 milyon dram məbləğində külli miqdarda pul tələb edərək onu alaraq qaçıb. Alış -veriş mərkəzinin təhlükəsizlik işçilərindən gizlənmək üçün həmin şəxs güllə atıb.
Silah olaraq 9 mm BLOW MAGNUM qaz tapançasından istifadə edib. Bir az sonra sözügedən şəxs zərərsizləşdirilərək polis bölməsinə aparılıb.
Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 175 -ci maddəsinin 3 -cü hissəsinin 1 -ci bəndi ilə cinayət işi başlanıb.
Bu xəbəri paylaşın:
