TƏBRİK: VƏLİYEV CEYHUN TOFİQ OĞLU — 56

  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev, ehtiyyatda olan polkovnik leytenant -Vəliyev Ceyhun Tofiq oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

     Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

    Müharibə və Silahlı Qüvvələr Veteranı ehtiyyatda olan polkovnik-leytenant  Vəliyev Ceyhun Tofiq oğlu  03 sentyabr 1965-ci ildə Bakı şəhərində anadan olub.

   O, 1972 -ci ildə Abşeron rayonun Georgiy Dmitrov adına  orta məktəbin birinci sinfinə getmiş, 1982- ci ildə həmin məktəbi bitirmişdir.

   O,1972 -ci ildə Abşaron rayonun Georgiy Dmitrov  adına orta məktəbin birinci sinfinə getmiş, 1982-ci ildə həmin məktəbi bitirmişdir.

    Ceyhun Vəliyev 1982- ci ılin ıyun ayından 1983- cü ilin iyun ayına kimi Xırdalanda Bakı Quşçuluq fabrikində fəhlə işləmişdir. O, 1983-cü ildə SSRİ Müdafiə Nazirliyinin Kamişin ali hərbi  inşaat komandirlər  məktəbinə daxil olmuş, 1987- ci ildə həmin ali hərbi məktəbi  bitirmişdir.

     Ehtiyyatda olan polkovnik leytenant Ceyhun Vəliyev 1987-ci ılin ıyul ayından — 1993-cü ilin fevral  ayina kimi SSRİ və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Krım və Bakı şəhərlərində yerləşən inşaat  hərbi hissələrində  taqım komandiri, böluk komandirinin müavini, böluk komandiri vəzifələrində çalışmışdır.

    O, 1993-cü ilin mart ayından 2010- cu ilin son ayına kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin Nərimanov, Zaqatala, Füzuli rayonlarında və Sumqayıt şəhərində yerləşən hərbi hissələrdə ( DQBİ-NİN Məkəzləşdirilmiş anbarında) döyüş hazırlığı bölmə rəisinin müavini, Xidmət rəisi, hərbi hissə komandirinin arxa xidmət  (arxa cəbhə) üzrə  müavini,  Daxili Qoşunların Bas İdarəsinin Geyim xidmətində baş zabit, Daxili Qoşunların Bas İdarəsinin Mənzil istismar xidmətində texniki  yangından mühafizə üzrə müvəkkil, Daxili Qoşunların Bas İdarəsinin İnspeksiyasında inspektor və baş inspektor vəzifələrində xidmət etmişdir.

  Vəliyev Ceyhun Tofiq oğlu Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına,hərbi andın, hərbi nizamnamələrin, Daxili Qoşunların Bas İdarəsinin  Maddi texniki təminat xidmətləri və  Daxili Qoşunların Baş İdarəsinin  İnispeksiyası haqqında əsasnamələrin, təlimatların tələblərinə və vəzifə borcuna əməl etməkdə bir cox hərbi qulluqçulara şəxsi nümunə olaraq  Vətənə,Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

    Müharibə və Silahlı Qüvvələr Veteranı ehtiyyatda olan polkovnik-leytenant   Vəliyev Ceyhun Tofiq oğlu Azərbaycan Respublikasının Daxili İşlər  Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsininə və xidmət etdiyi hərbi hissəyə, xidmətə statusula həvələ edilmis vəzifələrin və tapşırıqlarının yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində,ictimai əsayişin qorunmasında, yaşayış məntəqələrində kütləvi ixtışaşların qarşısının alınmasında, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş və xüsusi əməliyyatlarda üzərinə düşən vəzifə borclarını məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

     Ceyhun Vəliyev Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində Zabitlərlə, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçular ilə komandir hazırlığı üzrə, hərbi hissə komandirlərin arxa xidmət üzrə   müavinləri ilə, hərbi hissələrin geyim və mənzil istismar xidmət rəisləri ilə planlaşdırlmış   məşğələlərin, taktiki və nümnəvi göstərici təlimlərin  keçirilməsi istiqamətində üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

     Müharibə və Silahlı Qüvvələr Veteranı ehtiyyatda olan polkovnik leytenant Ceyhun Vəliyev Daxili Qoşunların Baş İdarəsinin İnispeksiysında inspektor və baş inispektor vəzifələrində xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsinin idarə, şöbə və xidmətlərində, hərbi hissə və əlahiddə bömələrində İnspeksiya (yekun, təlim, ümümü,qəflətən) yoxlamaların obyektiv , aparılması ,düzgün  qiymətləndirilməsi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.

     O,Azərbaycanın ərazi bütövlüyü uğrunda Agdam və Füzuli rayonları istiqamətində   gedən döyüş və xüsusi əməliyyatlar zamanı üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

     Vəliyev Ceyhun Tofiq oğlu peşəkarlığı ilə, praktiki və nəzəri biliyi ilə, mənəvi və işgüzar keyfiyyətilə, humanistliyi  ilə secilən ən məhsuldar dövrünün  27 ildən cox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirmişdir.

      Ehtiyyatda olan polkovnik leytenant Ceyhun Vəliyev Xidmətdə fəriqləndiyinə görə O,SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından SSRİ Müdafiə Nazirinin və Azərbaycan Respublikasının Daxili İşlər Nazirin və  onun müavinlərinin , Daxili Qoşunların Komandanin və onun müavinlərinin, təhsil aldıgı ali hərbi məktəb rəisinin, Daxili Qoşunların Baş  idarəsinin  İnspeksiya rəisinin, hərbi hissə komandirinin və onların müavinlərinin müvafiq əmrləri ilə həvəsləndirmə qaydasında bir sıra medallarla, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, CEYHUN  BƏY!

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.

ÖMRÜN UZUN OLSUN, 100 YAŞA!

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: