Müdafiə Nazirliyi bildirir ki, Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri sentyabrın 3-nə keçən gecə saat 1-dən 2:15-dək Şuşa istiqamətində yerləşən Azərbaycan bölmələrinin birinin mövqeyini intensiv atəşə tutub:
“Azərbaycan Ordusu hərbi qulluqçularının dərhal gördüyü tədbirlər nəticəsində qarşı tərəf itki verib və susdurulub.
Rusiya sülhməramlılarının komandanlığı və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb».
Bu xəbəri paylaşın: