Taliban Əfqanıstana nəzarəti təmin etdi-Rusiyanın yalanları özünü doğrutmadı

“Taliban” sözçüsü Pəncşirin bir neçə rayonunun ələ keçirildiyini açıqlayıb.

Hərəkatın sözçüsü Zabiullah Mücahidin verdiyi məlumata görə, “Taliban” yaraqlıları  Pəncşirdə bir neçə ərazini və dörd nəzarət məntəqəsində nəzarəti altına alıb.

Məlumatda o da bildirilib ki, Pəncşirdəki müqavimət qüvvələrinin 30-dan çox döyüşçüsü, o cümlədən üç komandir öldürülüb.

Xatırladaq ki, Əfqanıstan Müqavimət Cəbhəsinin lideri Əhməd Məsudla uğursuz danışıqlardan sonra “Taliban” ın dünən hərbi əməliyyata başlaması qərarı verdiyi barədə məlumat vermişdik.

Əfqanıstanın Pəncşir əyalətinə nəzarət “Taliban” nümayəndələrinin əlinə keçib.

Bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti Kabildəki müxbirinə istinadən məlumat yayıb.

Beləliklə, “Taliban” Əfqanıstanın bütün ərazisini nəzarətə götürüb.

Rusiya mətbuatı isə öz uydurduğu (bizim mətbuat da onun züyünü tutduğunu xəbər vermişdik — red.) yalanı yozmaqla məşğul olub. Faktı təsdiqləməklə yanaşı, həm də Talibanın sözçüsü Bilal Kərimi öz Tvitter səhifəsində (TASS):

“Son xəbərlərə görə, Pəncşirin ən böyük bölgəsi (Pariyan) tamamilə Mücahidlərin əlinə keçib. Pariyan, Mücahidlərin əlinə keçən Şotuldan sonra ikinci bölgədir» deyə yazıb.

«Toqquşmalar zamanı Rusiya istehsalı olan zirehli personal daşıyıcıları və digər hərbi texnika da düşməndən qənimət kimi ələ keçirilib. Düşmənin əhval — ruhiyyəsi aşağıdır və əməliyyatlar sürətlə gedir» — deyə Kərimi qeyd edib.

Beləcə ələ keçirilən rus texnikaları və silahları bəzi nüanslara işıq salır.

Bu gün New China tv isə hər kəsin heyrətinə səbəb olan görüntülər yayıb. Əfqanıstana tam nəzarəti təmin edən Taliban hərəkatı gövdə göstərisi yayıb. Nümayiş olunan silahlar arasında ABŞ sursatları ilə yanaşı intihar hücumları təşkil etmək üçün minalanmış avtomobillər və kamikadze gödəkçələrinin olması müzakirələrə yol açıb.

Bu xəbəri paylaşın: