TƏBRİK: QURBANOV ƏLƏKBƏR KAZİM OĞLU — 63

  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyyatda olan  polkovnik leytenant  Qurbanov  Ələkbər  Kazım oğlunu doğum günü munasbəti ilə səmimi qəlbdən təbrik edir, həyatda insanın ücün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yolarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.

    Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

     Müharibə Veteranı ehtiyyatda olan polkovnik leytenant  Qurbanov  Ələkbər Kazım oğlu  05 sentyabr 1958 — ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub.

     O, 1965-ci ildə Naxçıvan Muxtar respublikasında birinci sinifə getmiş, 1975 -ci ildə  həmin orta məktəbi bitirdikdən sonra, 1976-1978 -ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Sverdlovski şəhərində yerləşən hərbi hissəsində müdddətli həqqi hərbi xidmətdə olmuşdur.

    Ələkbər Qurbanov  1982-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Sankt-Peterburq (Leninqrad) şəhərində yerləşən 60 illiyi LKCİ-nin adına Ali hərbi siyası  məktəbi, 1991 -ci ildə isə Kurqan Vilayətinin Sverdlovski şəhərində  pedoqoji İnstitunun qiyabi fakultəsini bitirib.

     Müharibə Veteranı ehtiyyatda olan polkovnik leytenant  Ələkbər Qurbanov 1978 — 1991-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarıını Sverdlovsk şəhərində yerləşən konvoy — Mühafizə alayında bölüyün baş cavuşu və taqım komandiri ,1991 ci ilin dekabr ayından-1993-cü ilin mart ayinin 13 — nə kimi Naxçıvanın  Müdafiə Komitəsində  tabor komandiri, Əməliyyat şöbəsinin rəisi, Naxçıvan Muxtar Respublikasının sərhəddində yerləşən soyuq zastavasının rəisi vəzifəsində xidmət edərək üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir.

    Qurbanov Ələkbər Kazım oğlu 1993 -cü ilin mart ayından- 1999 -ci ilin dekabr ayına kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin Əlibayramlı, Lənkəran, Naxçıvan şəhərlərində, Hacıqabul, Nərimanov və Füzuli rayonunlarda yerləşən hərbi hissələrdə hərbi hissə komandirinin müavinini, hərbi hissənin  Qərargah rəisi, hərbi hissə komandiri, Daxili Qoşunların Bas İdarəsinin Qərargahında isə  Əməliyyat şöbəsinin rəisi müavini vəzifələrində xidmət edib.

    O, 2000 -2008- ci illərdə Suraxanı rayonun orta məktəbində müəllim, 2009 — 2014- ci illərdə isə  Heydər Əliyev Adına Beynəlxalq Aeroportun Təhlükəsizlik İdarəsində xidmət rəisi işləyib.

     Ələkbər Qurbanov Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmuşdur.

     Müharibə Veteranı ehtiyyatda olan polkovnik leytenant Ələkbər Qurbanov SSRİ  və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili  Qoşunlarında xidmət etdiyi müddətdə DQBİ-nin Əməliyyat şöbəsinə, xidmət etdiyi hərbi hissəyə və bölüyə həvalə edilmiş vəzifələrin  və xüsusi tapşırıqlarn  yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində,ictimai asayişin qarunmasında, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşlsının alınmasında, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş və xüsusi əməliyyatlarda üzərinə düsən vəzifə borclarını məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

    Qurbanov Ələkbər Kazım oğlu  hərbi hissə komandirinin müavini və hərbi hissə komandiri vəzifəsində xidmət etdiyi illər ərzində  bölmələrdə kecirlən təftiş, yekun yoxlama komissiyanın, məqsədli  və kompleks, qurupun  sədri və rəhbəri olduğu müddətdə üzərinə düsən vəzifələrin  öhdəsindən layiqincə gələrək  aşkar edilmiş nöqsanların aradan qaldırılmasına məsuliyyətlə yanaşmışdır.

      O, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə və xüsusi əməliyyatlarda iştirak edərək,  ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən vaxtında gəlmişdir.

     Müharibə Veteranı ehtiyyatda olan polkovnik leytenant Ələkbər Qurbanov peşəkarlığı və humanistliyi ilə secilən ən məhsuldar dövrünün  36 illk şərəfli xidməti yolununun iyrimi üc ilini hərbi xidmətdə, onüc ilini  isə təhsil müəssisələrində və Heydər Əliyev adına Beynəlxalq hava limanında keçirərək Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

      Xidmətdə fəriqləndiyinə görə polkovnik leytenant Ələkbər Qurbanov SSRİ  və Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin, Daxili Qoşunlar Komandanlarının  və onların müavinlərinin,təhsil aldığı və ışlədiyi təhsil müəssisələrinin rəhbərlərinin,xidmət etdiyi Diviziya və hərbi hissə komandirlərinin və onların  müavinilərinin müvafiq əmrləri ilə bir sira medallarla, fəxri fərmanlarla, pul mükafatları ilə,  qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ƏLƏKBƏR BƏY!

ÖMRÜN UZUN OLSUN, 100 YAŞA.

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: