Ərdoğan Azərbaycanla bağlı 3 mühüm müqaviləni təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış üç müqavilənin qüvvəyə minmə tarixlərini təsdiq edib.

Bu barədə qərarlar “Resmi Gazete”də dərc olunub.

Sənədlər müvafiq olaraq 29 aprel 2021-ci il, 21 aprel 2021-ci il, 30 mart 2021-ci il tarixlərindən qüvvəyə minmiş hesab edilib.

“Siyahıda imzalandığı yer və tarixlər yazılmış anlaşmaların qüvvəyə minmə tarixlərinin göstərildiyi kimi müəyyən edilməsinə qərar verilmişdir”, — məlumatda qeyd edilib.

Bu xəbəri paylaşın: