Rusiya rəsmi saytından «Dağlıq Qarabağ Respublikası» ifadəsi çıxarılmayıb

Rusiyanın GOV.RU hökümət domenində fəaliyyət göstərən zakupki.gov.ru rəsmi saytındakı tender haqqında məlumatda «Dağlıq Qarabağ Respublikası» ifadəsi çıxarılmayıb.

Ötən gün Azərbaycan XİN-i Rusiya saytında bu ifadədən istifadə olunması ilə bağlı rəsmi Moskvaya etirazını bildirib.

Azərbaycan XİN Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayevanın sözlərinə görə, «qarşı tərəf bu məsələnin texniki səhv» olduğunu bildirərək, «aradan qaldırılması üçün müvafiq addımların atılacağını» bildirib.

Azərbaycan XİN rəsmisinin açıqlamasından 1 gün keçsə də, adı çəkilən Rusiya saytında «Dağlıq Qarabağ Respublikası» ifadəsi hələ də qalmaqdadr.

Azərbaycan «Dağlıq Qarabağ Respublikası» ifadəsiylə bağlı Rusiyaya etirazını çatdırıb

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsi üzrə vahid internet səhifəsindəki tender haqqında məlumatda «Dağlıq Qarabağ Respublikası» ifadəsinin qeyd olunması ilə bağlı Rusiya tərəfinə etirazını çatdırıb.

Bu barədə XİN Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayevanın şərhində deyilir.

«Qeyd etmək istərdik ki, bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi etirazını diplomatik kanallarla dərhal Rusiya tərəfinə çatdırmışdır».

Azərbaycan XİN nümayəndəsinə əsasən, «qarşı tərəf» bu məsələnin texniki səhv olduğunu bildirib.

«Qarşı tərəf isə öz növbəsində məsələnin texniki səhv olduğunu qeyd edib və aradan qaldırılması üçün müvafiq addımların atılacağını, habelə bu kimi məsələlərə gələcəkdə diqqətlə yanaşılacağını ifadə edib».

Rusiya tərəfi bu məlumata rəsmi münasibət bildirməyib.

Mənbə: BBC

Bu xəbəri paylaşın: