ABŞ Dövlət Departamenti, Rusiya səlahiyyətlilərini 4 sentyabrda Simferopolda saxlanılan bütün Krım Tatarlarını azad etməyə çağırdı.
Amerika Birləşmiş Ştatları verdiyi açıqlamada, Krım Tatar Məclisi (Rusiya bu Məclisi ekstremist təşkilat kimi qadağan edib — red.) sədr müavini Nəriman Dezlalın saxlanılmasını qınadı və 45-dən çox Krım Tatarının nəzarətə alındığını bildirdi.
“Biz Rusiya işğalçılarını onları dərhal azad etməyə çağırırıq. Bu, Rusiyanın Krımı ilhaq etmək cəhdinə müqavimət göstərdiyi üçün repressiyaya məruz qalmış Məclisə və onun rəhbərliyinə qarşı siyasi motivli basqınlar, həbslər və cəza tədbirlərinin ən sonuncusudur» — deyə açıqlamada bildirilib.
ABŞ, həmçinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini və Krımın Ukraynaya aid olduğunu bəyan ediblər.
