AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sədr müavini polkovnik Salman Musayev ehtiyyatda olan mayor Əliyev Hafis Abdulrəhim oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir,həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzulayır.
Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Mayor Əliyev Hafiz Abdulrəhim oğlu 10 sentyabr 1968-ci ildə Cəlilabad rayonunun Məmmədzalı kəndində anadan olub.
O,1975- ci ildə Cəlilabad rayonunun Məmmədzalı kəndində birinci sinifə getmiş 1985-ci ildə həmin məktəbi bitirdikdən sonra , 1985 ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına daxil olmuş , 1992 -ci ildə həmin Akademiyanı (alim aqronom ixtisası üzrə ) bitirmişdir. O Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrinin Qaraheybətdə birgə təşkil edikləri məktəbdə Zabitlərin ixtisas artırma kursunu ,2001- ci ildə isə Daxili Qoşunların Xəzər rayonunda yerləşən Məktəbdə böluk komandiri kursunu müvəffəqiyyətlə bitirdikdən sonra Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrində təcürbə toplamaq üçün ezam edilmiş zabitlərindən biridə Hafis Əliyev olmuşdur
O,1987 -1989 -cu ilərdə SSRI Silahlı Qüvvələrinin Primorski vilayətində yerləşən hərbi hissədə müdddətli həqqi hərbi xidmətdə olmuşdur.
Əliyev Hafiz Abdulrəhim oğlu 1994 -cü ildən 1999 -cu ilin noyabr ayının sonuna kimi Azərbaycan Ordusunun Tərtər və Ağdam rayonlarının döyuş bölgəsində yerləşən hərbi hissələrində taqım və böluk komandiri vəzifəsində olmuşdur.

O,2001 -2017-ci ilərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Hacıqabul, Bərdə və Zaqatala rayonlarında yerləşən hərbi hissələrində kiçik komandirlər hazırlayan bölüyün kamandiri, döyuş hazırlığı bölməsində xüsusi təyinatlı bölmələrin hazırlıgı üzrə təlimatcı, tabor komandirnin müavini-qərargah rəisi, hərbi hissənin qəargah rəisinin döyüş hazırlığı üzrə müavini vəzifələrində xidmət edib və hərbı hissə komandirinin müavinini -qərargah rəisi vəzifələrini müvəqqəti icra edib.
Hafis Əliyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində hərbi hisənin zabit, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçularla, taqım və böluk komandirləri ilə, bölyün baş cavuşları ilə, kiçik komandilərlə və kiçik mütəxəssislərlə komandir, döyuş və ictimai sıyası hazırlığı üzrə məşğələlərin, məşqlərin, nümunəvi köstərici xüsüsi təlimlərin, metodik təlim toplanışlarının yüksək səviyyədə keçirilməsi istiqamətində üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
O,Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamnamələrin və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər ücün nümünə olmuşdur .
Ehtiyyatda olan mayor Əliyev Hafiz Abdulrəhim oğlu peşəkarlığı və humanistliyi ilə, nəzəri və praktiki biliyi ilə, işgüzarlığı və mənəvi keyfiyyəti ilə seçilən ən məhsuldar dövrünün 23 illik şərəfli xidmət yolunu hərbi xidmətdə kecirərək,Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

O, hərbi hissəyə həvalə edilmiş vəzifələrin və xüsusi tapşırıqlarının yerinə yetirilməsində, cinayətgarlga qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində, ictimai əsayişin qorunmasında, yaşayış məntəqələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş və xüsusi əməliyyatlarda üzərinə düsən vəzifələri məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Mayor Hafiz Əliyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanı və onun müavinlərinin, hərbi hissə komandiri və onların müavinlərinin müvafiq əmrləri ilə Din- in və Daxili Qoşunların » əla xidmətlərə görə döş və yubley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
O, Xidmətdə fərqləndiyinə görə Azərbaycan Respublikasının prezidenti adından Daxili İşlər Nazırnin müvafiq əmrləri ilə Sillahlı Qüvvələrinin yaranmasının 10 illik, 90 illk, 95 illk yubley, Qüsursuz xidmətə görə isə 1-ci, 2- ci və 3-cü dərəcəli medallarla təltif edilib.
BÜTÜN GÖZƏL NƏ VARSA SƏNİN OLSUN, HAFİZ BƏY!
100 YAŞA, SAĞLAM YAŞA!..
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev




