Əfqanistan bütün dünyanın gözü önündə önəmli olaylara şahid oldu. İyirmi illik Cumhuriyyət rejimi bir türlü ayaqda qalmağı bacara bilmədi. Taliban bir daha yenidən ölkəyə hakim oldu.
Talibanın sürətlə Əfqanistanda hakimiyyətini qurması və dövlətin heç dirəniş göstərməməsi qəribə qarşılandı. Ancaq Talibanın hərəkətə keçmədən öncə bütün qonşu və böyük ölkələrlə müzakərə edərək, gücü ələ keçirməsi siyasi hesabların olduğunu göstərdi. Talibana terorist deyən İran, yeni dönəmdə Talibanın dostu oldu. İstər siyasi, istərsə də meydanda Talibanın yanında yer aldı.
Ancaq Əfqanistanda bəzi dirənişlər də baş qaldırmağa başladı. Örnək üçün Pəncşirdə milliyyətçi olaraq tanınan Əhməd Şah Məsud Talibana qarşı dirənəcəyini iddia etdi. Şah Məsudun ailəsinin 20 ildən çox İranda Tehran hakimiyyəti himayəsində yaşaması və ötən günlərdə İrandan Pəncşirə getməsi bu hesabların daha da qarışıq hala gəlməsinə səbəb oldu. İran bir tərəfdən Taliban üzvlərinə uzun illər ev sahibliyi etdi və dəstək verdi, bir tərəfdən də, Talibana qarşı dirənən Pəncşir hərəkatının başçılarının arxasında olduğunu ortaya qoydu.
Bütün bu hərəkətlər hər zaman hakimiyyətlə yan-yana duran Fars Milliyətçilərin duruşuyla daha da maraqlı bir hal aldı.
Əfqanistanda milyonlarla insan qaçıb, can təhlükəylə qarşılaşınca Fars Milliyətçiləri səssiz qalmağı seçdilər. Örnək üçün Əfqanistanın bu zor günlərində Fars Milliyətçiləri sınırların qaçqınlara qarşı açılmasına qarşı çıxıb, sözdə öz dildaşlarını yalqız buraxdılar. Sözə gəlincə farsların birliyindən danışan Paniranistlər Əfqanistan fəlakətinə qarşı gözlərini bağladılar. Ancaq Pəncşir olaylarında 180 dərəcəlik bir dönüş yaşandı.
Milliyətçilik karakteriylə önə çıxan Əhməd Şah Məsud Fars Milliyətçiləri tərəfindən Kuruş kimi Fars mifləriylə qarşılaşdırılmağa başlandı. Fars mediası Pəncşirdəki hərəkatı böyük bir dirəniş kimi göstərməyə çalışıb və dünənə qədər Talibana qarşı səssiz qalanlar indi Əfqanistansevər oldular. Habelə Pəncşir ilə bağlı maraqlı açıqlamalar verilməyə başlandı.
Habelə başqa bir maraqlı olay da, İranşəhri aktivistlərin Əfqanistandanda yeni bir Türkiyəyə qarşı kampaniya başlatmalarıdır.
Pəncşir dirənişini şişirdən İranşəhrilər Türkiyəni Talibanın dəstəkcisi olaraq göstərib hər zamankı kimi Fars Milliyətçilərinin Türk düşmənliyini təkrarlamaq istəyirdilər. İllər boyu Talibanın ən üst rütbəli üzvlərinin İranda yaşadığı və Tehranın Talibana maddi və mənəvi olaraq dəstək verməsinin üstünü örtməyə çalışan İranşəhrilər, bütün dünya və bölgə ölkələrini bir tərəfə buraxıb Əfqanistanda yeni bir Türkiyə qarşı kampaniya başlatmağa çalışırdılar.
Bu durumdan, əlbəttə Güney Azərbaycanda öz təsirini alacaq və Milliyətçilərin Türkə qarşı apardığı kampaniyada onlar hədəfə alınacaqlar. Bu günlərdə İranşəhrilər kimi radikal Fars Milliyətçiləri Pəncşiri Kobaniyə bənzətməyə başladılar. İlk baxışda bu bənzətmə ağıldan və məntiqdən uzaq görünsə də, Fars Milliyətçiləri Əfqanistan və Pəncşir olaylarında Türkiyə və Türkə qarşı ciddi bir propaqanda savaşı başlatmaq istəyindən hələ də əl çəkməyiblər.
Mənbə: an.tv live
P.S. Pənçşirdəki Milli Dirəniş Cəbhəsi liderlərindən biri olan əski Əfganistan Dövlət rəhbərinin Yardımçısı Əmrullah Salih Tacikistana qaçdı. Taliban, Əhməd Məsudun hay-küylə meydana girən güçlərinə aid hərbi helikopterlərə əl qoydu.
